Proktosedil mazı
Babasilin erkən mərhələlərində cərrahi əməliyyata ehtiyac yaranmır. Ağırlaşmalar müşahidə edilmədikdə, düyünlər sallanmadıqda yerli təsirli vasitələr, yəni babasil dərmanları ilə əlamətləri aradan qaldırmaq mümkündür. Müalicə prosesində xəstələrə babasil üçün şamlar (Proktosedil, Relif, Anuzol, Çaytikanı şamı və s.), eləcə də mazlar (İxtiol mazı və s.), kremlər təyin olunur.
Proktosedil mazı nə üçündür?
Proktosedil – babasil, anal çat və anorektal nahiyənin digər xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan kombinəolunmuş preparatdır. Bu mazın tərkibinə aşağıdakı komponentlər daxildir.
Hidrokortizon – iltihabəleyhinə vasitədir, qlükokortikosteroiddir. O, iltihab əlamətlərini: ağrı, qızartı, şişkinlik və s. aradan qaldırır.
Heparinin natrium duzu – antikoaqulyantdır. Hemorroyun trombotik ağırlaşmalarının qarşısını alır.
Framisetin sulfat – geniş təsir spektrli antibiotikdir. Qram-mənfi və qram-müsbət mikrorqanizmlərə qarşı bakteriosid təsir göstərir.
Eskulozid – at şabalıdının qabığından alınır. Bu qlikozid damar divarını möhkəmləndirir.
Benzokain və betambin – yerli ağrıkəsici və qaşınma əleyhinə təsirlərə malikdir. Onlar həmçinin anal sfinkterin spazmını azaldır.
Preparatın təsiri onun istifadəsindən 1 neçə dəqiqə sonra bəlli olur.
Proktosedil mazı hansı hallarda effektivdir?
- Xarici və daxili babasil;
- Residivlərin (xəstəliyin geri qayıtması) profilaktikası;
- Perianal ekzema;
- Düz bağırsağın çatı;
- Babasilli xəstələrin əməliyyatdan əvvəl və sonra müalicəsi.
Hansı vəziyyətlərdə Proktosedil mazı qadağandır?
- Preparatın tərkib hissələrinə qarşı hiperhəssaslıq;
- Anorektal nahiyənin virus, göbələk və vərəm mənşəli zədələnmələri;
- Hamiləlik və südvermə dövrü;
- Körpələr.
Arterial hipertenziyası (yüksək təzyiq) və ürək çatışmazlığından əziyyət çəkən şəxslər mazı həkim məsləhəti ilə tətbiq edə bilər.
Proktosedil mazı necə çəkilir?
İstifadədən əvvəl əllər və anal nahiyə yuyulub, qurudulur. Sonra xəstə arxası üstə uzanaraq, ağrı və qaşınmanın olduğu zonalara mazı barmaqla sürtür. Preparat səhər və axsam saatlarında, eləcə də hər nəcis ifrazından sonra çəkilə bilər.
Mazı düz bağırsağa daha dərin yeritmək məqsədilə applikatordan istifadə edilir. Bunun üçün tübikə applikator bərkidilir və anal dəlikdən içəri salınır. Tübikin aşağı ucundan ehtiyatla basılır, sonra isə aplikator yavaş hərəkətlərlə çıxarılır.
Proktosedil mazı rektal şamla birgə təyin oluna bilər. Müalicə kursu adətən 7 gündən çox davam etmir.
Bəzi pasiyentlərdə mazdan istifadə edərkən düz bağırsaqda yanğı hissi, quruluq, ikincili infeksiyaların qoşulması qeydə alınır. Bu, preparatın yan təsirləridir. Belə vəziyyətlərdə mütləq həkimi xəbərdar etmək lazımdır.
Xülasə
Yadda saxlamaq lazımdır ki, babasilin müalicəsi kor-koranə deyil, yalnız həkim-proktoloq tərəfindən aparılmalıdır. Yalnız bu halda ciddi fəsadların qarşısını almaq və arzuolunan nəticə əldə etmək mümkündür.
mən də boımirəm noyə gğtizdirilmir. ucuz dərmandır deyə bahalılar satılmır…. amma kim gətizdirirse yazsın biz də qoşulaq zəhm.olmasa
Salam çox vacibdir bu dərman mənim üçün hardan tapa bilərəm
Çox xahiş edirəm
Tapa bildiz baci bu mazi
Şamı hansı vezyetde idifade edikir
Salam. Şam uzanıqlı vəziyyətdə anal dəlikdən daxilə ehmalca yeridilməlidir.
Aygün xanım bu mazı hardan tapa bilərəm xahiş edirəm cavab yazın
Apteklərdən soruşun.
Teesuf ki, bu mazi tapmaq ucun gerek Rusiyadan kimese muraciet edesen. Ne bu, ne Bezornil getizdirilmir apteklara. Bilmirem ne ile baglidi. Ya heqiqeten cox effektivdir, ve diger sham ve.s dermanlari satmaq az effekti olmaqla daha serfelidir, ya da bilmirem niye getizdirilmir