Çaytikanı şamı

25 Dekabr 2019 Kateqoriya: Babasilin müalicəsi  Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 40066
Çaytikanı şamı foto 2
3.7/5 - (73 votes)

Babasil xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələrinin sırasına Çaytikanı şamı da daxildir. Bu preparat çaytikanı yağı əsasında hazırlanır. Şam təbii tərkibi, təhlükəsizliyi və sərfəli qiyməti ilə seçilir. Onun istifadəsinə heç bir əks-göstəriş yoxdur. Çaytikanı yağı hamiləlik dövründə də təyin edilə bilər.

Çaytikanı şamı nə üçündür?

Babasil şamı xəstəliyin ilkin mərhələlərində göstəriş sayılır. Preparat əsasən daxili hemorroidal düyünlərin iltihablaşması zamanı tətbiq edilir. Aktiv komponentlər sayəsində anal nahiyədə ağrı və iltihab aradan qalxır, yerli qan dövranı yaxşılaşır, damar divarları möhkəmlənir, toxumaların regenerasiyası sürətlənir.

Mütəmadi şəkildə istifadə olunduqda başlanğıc dövrlərdə daxili babasilin əlamətlərindən azad olmaq mümkündür.

Çaytikanı şamı foto 3

Çaytikanı şamı hansı hallarda effektivdir?

  • Düz bağırsaqda ağrı hissi;
  • Nəcisdə azacıq qan;
  • Tez-tez təkrarlanan qəbizlik.

Çaytikanı şamı təkcə babasil xəstəliyində deyil, anal çatlarda da təyin edilir. Ümumiyyətlə, hemorroyun müalicəsinə müxtəlif babasil dərmanları, o cümlədən çaytikanı yağı əsasında hazırlanan şamlar daxildir.

 

Sadəcə babasil üçün şamlar xəstəliyin bütün mərhələlərində terapevtik təsir göstərə bilmir. Yəni düyünlərdə qanın dövran etdiyi və onların sallanmadığı hallarda şam monoterapiya şəklində istifadə edilir.

III-IV mərhələlərdə isə babasil ağırlaşdığından cərrahi müdaxiləyə ehtiyac yaranır. Belə xəstələrdə Çaytikanı şamı əməliyyatdan sonra bərpa dövründə və düyünlərin yenidən yaranmasının qarşısının alınmasında effektiv sayılır.

Çaytikanı şamı foto

Çaytikanı şamı faydaları

Şamın əsas komponen təbii çaytikanı yağıdır. Onun tərkibinə vitaminlər, əvəzolunmaz yağ turşuları və digər bioloji aktiv komponentlər daxildir.

Şam hansı xüsusiyyətlərə malikdir?

  • iltihabı azaldır;
  • patogen mikrofloranı (stafilokokk, streptokokk və s.) məhv edir;
  • selikli qişanın regenerasiyasını sürətləndirir, zədələnmiş hüceyrələri yeniləri ilə əvəzləyir;
  • antioksidant təsiri sayəsində hüceyrələri sərbəst radikallardan müdafiə edir.

Çaytikanı şamı necə istifadə olunur?

  • Prosedurdan əvvəl əllər və anal nahiyə yaxşıca yuyulur;
  • Xəstə böyrü üstə dizlərini bükərək uzanır;
  • Şamın iti ucu anal dəlikdən içəri salınmaqla, maksimal dərəcədə dərinə yeridilir;
  • Dərman tez əridiyindən mayenin axmaması üçün minimum 5-10 dəqiqə uzanmaq lazım gəlir.

Həkim gündə 1 şam təyin etdikdə, proseduru axşam saatlarına (yuxudan əvvəl) saxlamaq məqsədəuyğundur. Çünki aktiv maddələrin hopması üçün ən azı 30 dəqiqə tələb olunur. Səhər və ya günorta vaxtı şamı düz bağırsağa daxil etdikdən sonra ayağa qalxdıqda yağ axaraq, alt paltarı bulaşdıra bilər. Həm də yağın xaricə axması müalicənin effektivliyini azaldır.

Adətən rektal şamlar gündə 1-2 dəfə istifadə olunur. Prosedurdan əvvəl bağırsağı boşaltmaq gərəkdir. Preparatın dozası xəstənin yaşından və babasilin dərəcəsindən asılıdır. Şam 6-14 yaşlı pasiyentlərdə sutkada 1 dəfə, 14 yaşdan böyüklərdə isə 2 dəfə (səhər-axşam) istifadə olunur. Müalicə müddəti orta hesabla 10-15 gün təşkil edir.

Çaytikanı şamı foto 1

Hamiləlik dövründə çaytikanı şamı 

Hamiləlik və doğuş prosesi qadınlarda babasilin əlamətləri sırasındadır. Ana bətnində inkişaf edən döl tədricən çanaq boşluğu orqanlarına təzyiq göstərir. Bu da qan dövranını pisləşdirir. Hemorroidal venalardakı durğunluq düyünlərin iltihablaşmasına və böyüməsinə gətirib çıxarır.

Hamilə qadınlar əlamətləri zəiflətmək üçün dölə zərər verməyən vasitələr axtarırlar. Çaytikanı şamı məhz bu qrupa daxildir. O həm hamiləlik, həm də südvermə dövründə rahatlıqla tətbiq edilə bilər. Çünki preparatın aktiv maddəsi ana südünə nüfuz etmir, uşağa mənfi təsir göstərmir.

Çaytikanı şamı qiyməti

Preparat apteklərdə 2-3 AZN arasında satılır. 1 qutuda 10 ədəd şam vardır.

Xülasə

Çaytikanı şamı təhlükəsiz və effektiv olsa da, hər bir halda istifadədən əvvəl həkim-proktoloqla məsləhətləşməyiniz tövsiyə edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.7/5 - (73 votes)
Şərhlər
Bu yazıya bir şərh yazılıb
  1. Mende anal cat ve qebzlik vardi bayira cixa bilmirdim. Birin istifade edib gozledim 30 deq sonra artiq Rahat cixdim. Duzdu agri gene olur. Ama effektivdi sizdede eledirse mutleq istifade edin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir