Babasil mazları
Babasil mazları xəstəliyin konservativ yolla, yəni dərmanla müalicəsində istifadə olunan vasitələrdən biridir.
Babasil kremləri, yoxsa babasil mazları?
Bu qrup dərmanların hər ikisi formaca oxşar olsa da, kimyəvi tərkibinə görə bir qədər fərqlidir. Belə ki, babasil mazları yağlı hissəciklər (vazelin və digər yağlar), babasil kremləri isə su əsasında hazırlanılır. Aktiv maddənin yüksək konsentrasiyada olması və zədələnmiş nahiyədən tez sorulmasına görə babasil mazları kremlərə nisbətən daha üstün hesab edilir.
Babasil üçün maz
Hemorroy xəstəliyində ən çox tətbiq olunan babasil mazları aşağıdakılarıdır:
Heparin mazı – adından məlum olduğu kimi onun aktiv maddəsi heparindir. Bu komponent babasil xəstəliyi zamanı yaranan kiçik hematomaların (qan yığını) sorulmasında, yerli iltihabi reaksiyaların azalmasında böyük rol oynayır. Hamiləlik dövründə də istifadə oluna bilər.
Posterizan mazı – yerli immuniteti gücləndirərək, toxumaların regenerasiya (bərpa olunma) qabiliyyətini artırır. Südverən analar və hamilələrə təhlükəsiz sayıldığından babasil üçün ən yaxşı maz kateqoriyasına daxil edilir.
Proktozan mazı – ağrını aradan qaldıran, qaşınmanı azaldan preparatdır. Tərkibindəki bismut qanaxmanı dayandırır. Bu mazdan istifadə etdikdə anal dəliyin örtük toxuması bərpa olur, zədələnmiş nahiyə yaş qalmır və sürətlə sağalır.
Troksevazin mazı – səhər saatlarında anal dəliyin ətrafındakı zədələnmiş toxumaya çəkilir. Preparat damar divarını tonuslandırır, möhkəmləndirir. Şişkinliyi və iltihabı azaldır.
Relif – gün ərzində 4 dəfə istifadə olunur. Relif şamı ilə birlikdə də tətbiq etmək olar. Qiyməti münasibdir. Xüsusi ilə babasilin ilkin mərhələsində təyin edilir. Tərkibindəki akula qaraciyəri yağı orqanizm tərəfindən asanlıqla qəbul olunur.
Hepatrombin mazı – effektiv trombolitik (tromb əridən) və ağrıkəsici təsirlərə malikdir. Anal nahiyəyə gündə bir neçə dəfə çəkilə bilər.
Bezornil mazı – babasilin ağırlaşmalarında tətbiq olunan çox funksiyalı dərman vasitəsidir. Digər mazlarla müqayisədə daha güclü təsir göstərir. Onu daxilə fışqırtmaq da olar. Xəstəliyin ikinci mərhələsində təyin edilir.
Maz aurobin – anal çatı sağaldır, düyünləri kiçildir. Tərkibinə əlavə olaraq, vitaminlər də daxildir.
İxtiol mazı. Yüksək keyfiyyətli antiseptik preparatdır. Anal çat iltihablaşdıqda ondan istifadə etmək mümkündür. Hər bir babasil xəstəsinin dərman qutusunda (ilk yardım dəstində) bu preparat mütləq olmalıdır. Ondan hemorroyun ağırlaşmalarında defekasiya zamanı ağrı ilə müşayiət olunan kiçik çatlarda da istifadə edilir. Ağrıkəsici tərkibə malik olan babasil üçün maz adətən antiseptik prosedurdan sonra çəkilir.
Levomikol mazı. İltihabəleyhinə, bərpaedici, antibakterial vasitədir. Qiyməti də kifayət qədər ucuzdur.
Proktosedil maz. Preparatın tərkibinə ağrıkəsici təsiri olan hidrokortizon daxildir. İltihabi azaldır, qaşınmanı aradan qaldırır.
Deyilənlərə yekun olaraq, babasil üçün ən yaxşı maz kateqoriyasına Posterizan, Bezornil, Proktosedil kimi çoxfunksiyalı preparatlar daxildir.