Proktoloq

29 Avqust 2019 Kateqoriya: Babasil həkimi Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 313
Proktoloq şəkil

Proktologiya nədir? 

Proktologiya – düz və S-vari bağırsaq da daxil olmaqla yoğun bağırsağın xəstəliklərini öyrənən tibb sahəsidir. Onun digər adı koloproktologiyadır. Proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən başqa anal və  anorektal zonaların patologiyaları ilə də məşğul olur.  

 

Proktoloq kimdir və hansı vəzifələri var?

Proktoloq həkim koloproktologiyaya daxil olan orqanları müayinə edərək, diaqnoz qoyur və müalicə aparır. Bundan əlavə proktoloq dəri-zöhrəvi, ginekoloji, uroloji, onkoloji xəstəliklərdən də xəbərdar olmalıdır. 

Proktoloq həkim nəyi müalicə edir?

  • Kolit (yoğun bağırsağın iltihabi xəsətlikəri);
  • Babasil xəstəliyi
  • Anal çat və qaşınma;
  • İshal və qəbizlik; 
  • Anal sfinkterin zəifliyi; 
  • Doğuşdan sonra aralığın cırılması nəticəsində anal sfinkterin çatışmazlığı;
  • Travmalar (zədələnmələr) və onların nəticəsində düz bağırsağa yad cismin düşməsi;
  • Kandidoz (bağırsağın göbələk xəstəliyi), disbakterioz; 
  • Perianal kandilomalar (anal nahiyə ətrafında insan papilloma virusunun törətdiyi kiçik şişlər);
  • Polipoz (yoğun bağırsaqda çoxsaylı polip);
  • Proktit və paraproktit (düz bağırsaq və onun ətrafındakı toxumaların iltihabi xəstəlikləri);
  • Kriptit (anal kanalda yerləşən və nəcisin hərəkətini tənzim edən vəzilərin iltihabı);
  • Rektal nahiyənin anadangəlmə patologiyaları; 
  • Nəcisi və qazları saxlaya bilməmə; 
  • Büzdüm kisti; 
  • Düz bağırsaq sallanması; 
  • Nevroloji sindrom; 
  • Fistullar; 
  • Onkoloji xəstəliklər.  

proktiloq həkim şəkil

Proktoloqa nəyə görə müraciət etməlisiniz?

Düz bağırsaq xəstəlikləri arasında proktoloq həkimlər daha çox babasillə rastlaşırlar. Ağırlaşmamış hallar az invaziv (kəsiksik) və medikamentoz (dərman ilə) yolla müalicə edilir. Ağırlaşmış mərhələ isə cərrahi müdaxilə tələb edir. 

Babasilin trombəmələgəlmə, proktit, paraproktit, kolit kimi bir çox fəsadları mövcuddur. Bundan əlavə xəstəlik zamanı bağırsaq motorikası pozulur, selikli qişa zədələnir. 

Yoğun bağırsağın bədxassəli şişləri xəstələrin həyatı üçün ən böyük təhlükə kəsb edən xəstəliklərdəndir. Onlar erkən vaxtlarda, əlamətlərin açıq şəkildə nəzərə çarpmadığı mərhələdə aşkarlandıqda sağalma ehtimalı yüksək olur. Bu səbəbdən müntəzəm olaraq proktoloq müayinəsindən keçmək lazımdır.  

Proktoloq nə ilə məşğul olur? 

Proktoloq həkimlər poliklinikada – terapevtik profilin mütəxəssisləridir. Onlar yoğun bağırsağın iltihabi, parazitar, onkoloji, xəstəliklərin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olur. Məsələn, müxtəlif etiologiyalı kolitlər, qurd invaziyaları, babasil xəstəliyi, anal çat.

proktoloq həkim foto

Cərrah-proktoloqun işi nədir? 

Cərrah-proktoloq düz bağırsaq xəstəliklərinin ağırlaşmalarında planlı və ya təcili əməliyyat edən mütəxəssisdir. Bu əməliyyatlar kiçik həcmli olsa da, bəzən ciddi rekonstruktiv müdaxilə (estetik olaraq zədələnmiş nahiyəni əvvəlki vəziyyətinə qaytarma) lazım gəlir. O üzdən belə əməliyyatları yalnız müasir metod və tibbi avadanlıqdan məlumatı olan cərrahlar həyata keçirə bilir.  

Proktoloq həkimə nə vaxt müraciət olunmalıdır? 

Proktoloq müayinəsi bir çoxları üçün xoşagəlməz, ağrılı və qorxunc prosedurdur. Buna görə də əksər insanlar evdə özünü müalicə üsullarına əl atırlar. Lakin bu heç də düzgün qərar deyil. 

Belə ki, müalicə gecikdirildikdə, xəstəliklər ağırlaşa, hətta bədxassəli şişə çevrilə bilər. Bu halların baş verməməsi üçün mütləq həkim müayinəsindən keçmək lazımdır. 

Yalnız əlamətlərə əsaslanmaqla öz-özünü müalicə etmək düzgün deyil. Çünki yoğun bağırsaq xəstəliklərinin əksəriyyəti erkən mərhələdə bir-birinə oxşar klinik mənzərəyə sahibdir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.