Gemoroy üçün maz
Gemoroy – düz bağırsaq venalarının genişlənməsi və babasil düyünlərinin formalaşması ilə xarakterizə olunan xəstəlikdir. Onun müalicəsi konservativ (dərman preparatları) və cərrahi yolla aparılır. Gemoroy üçün maz yerli təsirli vasitələr sırasına daxildir. Onun sayəsində babasil qaşınması və ağrı aradan qalxır. Maz həmçinin anal çatın sağalmasına kömək olur.
Təbii ki, proktoloqun baxışı olmadan düzgün seçim etmək mümkün deyil. Gemoroy ilə qarşılaşan insanların və həkimlərin rəylərinə əsasən 10 ən yaxşı mazın siyahısı tərtib olunmuşdur.
№10. Gemoroy üçün maz – İxtiol
Qətrandan alınan geniş təsir spektrli preparatdır. Bu vasitə eyni zamanda 3 əlaməti – ağrı, iltihab və yanğı hissini yox edir. Lakin onu gemoroyun ilkin mərhələlərində istifadə etmək məqsədəuyğundur. Ağır formalarda mazın alınması sadəcə pul itkisidir.
Onu düyünlər olan nahiyəyə sarğı və tampon şəklində tətbiq edilir.
№9. Heparin mazı
Heparin applikasiya yerində iltihabi prosesləri azaldır. Həmçinin ağrıkəsici təsirə malikdir. Dəriyə sürətlə hopur, təbəqə əmələ gətirmir, paltarda iz buraxmır.
Qiymətinin ucuz olması mazın əsas üstünlüklərindəndir. Onu tampona yaxmaq da mümkündür.
№8. Gemoroy üçün maz – Vişnevski
Dərin yara və xoraların, yanıqlarla yanaşı, babasilin müalicəsində də faydalıdır. Tərkibinə qətran, gənəgərçək yağı və kseroform daxildir. Aktiv komponentləri hesabına iltihabı azaldır, yaraları sağaldır. Bundan əlavə dezinfeksiyaedici və quruducu xüsusiyyətləri vardır. Preparat şişkinlikivə ağrı ilə mübarizə aparır.
Yeganə mənfi cəhəti kəskin iyli olmasıdır.
№7. Gemoroy üçün maz – Hepatrombin Q
Preparatı alarkən qutunun üzərində «Q» hərfinin olmasına fikir vermək lazımdır. Bu o deməkdir ki, maz məhz qemoroy üçündür. Onun əsas komponenti heparindir. Dərman tez hoparaq, yerli qan dövranını stimulə edir. İlk gündən xəstələr preparatın təsirini hiss edirlər. Tərkibində prednizalonun olması ağrı sindromunu azaltmağa imkan verir.
№6. Gemoroy üçün maz – Proktosedil
Dərmanın iltihabəleyhinə və antiseptik təsirləri vardır. Qanı durulaşdırır, mikrosirkulyasiyanı yaxşılaşdırır. Bu da gemoroy üçün çox əhəmiyyətlidir. Onun əsasındakı hidrokortizon pasiyenti ağrı, şişkinlik və iltihabdan xilas edir. Düz bağırsağın zədələnmiş toxumalarını bərpa edir. Onun strukturunda olan heparinin eskulozidlə kombinasiyası qan dövranını sürətləndirir, tromboz hallarının qarşını alır. Tərkibində həmçinin antibiotik – framesitin sulfat vardır.
№5. Gemoroy üçün maz – Fleminqa
Geniş təsir spektrli homeopatik preparatdır. Təbii vasitələrdən hazırlanır: gülümbahar, mentol, hammamelis, sink oksid. Maz babasil qanamasını effektiv şəkildə dayandırır. Damar divarlarını möhkəmləndirir.
Xəstələr homoepatik mazın effektindən razı qaldıqlarını bildirirlər. Onun təbii tərkibi, təhlükəsizliyi insanları cəlb edir.
№4. Gemoroy üçün maz – Aurobin mazı
Babasilin gecikmiş mərhələrində ideal vasitə sayılır. Xəstə müalicəyə vaxtında başlamadıqda adətən həkim onu bu preparatı məsləhət görür. Maz xarici babasilin müalicəsində istifadə edilir. Tərkibindəki pantenol selikli qişanın çatlarını sürətlə sağaldır, lidokain isə ağrını aradan qaldırır.
№3. Gemoroy üçün maz – Relif Advans
Babasil əlamətlərini yox edən mükəmməl preparatdır. Aktiv komponenti fenilefrin hesabına damarları daraldır, anal dəlikdən qanaxmanı dayandırır. Relif Advans həm xarici, həm də daxili babasil üçündür. İltihab əleyhinə təsir göstərən maddələr hesabına anal nahiyədəki diskomfort, o cümlədən qaşınma və quruluq azalır. Akula qaraciyərinin yağı babasil probleminin həllinə kömək edir.
Qiyməti yüksək olsa da, cəmi 5 gün ərzində gemoroyun öhdəsindən gəlir.
№2. Posterizan Forte
Alman istehsalı olan bu bahalı preparat xroniki gemoroy və güclü qaşınmadan əziyyət çəkən insanlara uyğundur. Maz iltihabi prosesləri zəiflədir, yerli immuniteti gücləndirir. Selikli qişada olan çat və yaraları tez sağaldır. Tərkibindəki hidrokortizon qaşınmanı yox edir, sağalmanı sürətləndirir.
№1 Gemoroy üçün maz – Proktozan mazı
Babasil xəstələri arasında ən məşhur preparatdır. Konsistensiyası həddindən artıq durudur, daha çox kremi xatırladır. Bu isə o deməkdir ki, Proktozan ilk dəqiqələrdən dəriyə hoparaq, sürətlə təsir göstərir. Babasilin həm xarici, həm də daxili formalarında effektivdir. İkinci halda dərmanı tampona sürtüb, istifadə etmək lazımdır.
Lakin onu da vurğulamaq lazımdır ki, bütün preparatların əks-göstərişləri və əlavə mənfi təsirləri olduğundan onları özbaşına alıb, tətbiq etmək məsləhət deyil.
Proktosedil mazini nece tapmaq olar