Babasil xəstəliyi 

29 Avqust 2019 Kateqoriya: Babasil nədir Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 24020
Babasil xəstəliyi şəkil
3.9/5 - (62 votes)

Babasil (digər adı hemorroy) düz bağırsaq damarlarının varikoz genişlənməsidir. Bu məqalədə babasil xəstəliyi nədir və nədən yaranması barədə məlumat verəcəyik. 

8 saat və ya daha uzun zaman ərzində oturaq vəziyyət, qeyri-sağlam qidalanma, xroniki stress, qəbizlik, artıq çəki və s. kimi faktorlar babasilin inkişafına şərait yaradır.

Bu xoşagəlməz xəstəlik ağrı, qanaxma, daimi narahatlıq hissi və hətta tualetə getmək qorxusu ilə özünü büruzə verir.

 

Babasil xəstəliyi barədə yanlış fikirlər

– təkcə zahı qadınlar hemorroydan əziyyət çəkir;

– xəstəlik yalnız babasil mazları babasil üçün şamlar vasitəsilə müalicə olunur;

– düyünlər ancaq kəsilməklə aradan qalxa bilər.  

Vaxt itirmə, həkimə müraciət et!

Keçmiş əsrlərdə yaranmış bu cür fikirlərin təsirindən insanlar babasili ciddiyə almır və ya proktoloq həkimin müayinəsindən keçməyə utanırlar.

Sadəcə anlamaq lazımdır ki, babasil xəstəliyi öz-özünə sağalmır. Müalicə gecikdirildikdə proses daha da kəskinləşir, ciddi fəsadların yaranma riski artır. 

Babasil xəstəliyi 1 şəkil

Babasil xəstəliyi haqqında mifləri dağıdaq 

Babasil xəstəliyi adətən oturaq həyat tərzi keçirən ofis işçilərində, sürücülərdə rast gəlinir. Az hərəkətlilik, qeyri-sağlam qidalanma, piylənmə nəticəsində qəbizlik yaranır, düz bağırsaqda qan dövranı pozulur və nəhayət babasil inkişaf edir.

Bundan əlavə, xəstəliyin formalaşmasına ağırlıq qaldırma, hamiləlik və doğuş da təkan verə bilər.

Adətən babasil xəstəliyi sadalanan amillərin birgə təsirindən meydana çıxır. Bu səbəbdən hemorroidin effektiv müalicəsi üçün kompleks tədbirlər aparılır. Təkcə yerli müalicə vasitələri (babasil kremləri və şamlar) ilə hemorroyu sağaltmaq mümkün deyil.

Təbabətin hazırki inkişafı, babasilin hətta xroniki formasını cərrahi müdaxilə aparmadan anesteziyasız, qansız və ağrısız yolla müalicə etməyə imkan verir. Bu vəziyyətdə xəstə əməliyyatdan 1-2 gün sonra gündəlik həyat tərzinə qayıdır. 

Səbəbləri

Babasil – düyünlərin böyüməsi, qanaxma hallarının təkrarlanması, düyünlərin iltihabı və onların anal dəlikdən xaricə sallanması (boğulması) ilə müşayiət olunan xəstəlikdir. Hemorroyun əsas inkişaf səbəblərinə anal sfinkter və kanalda qan dövranının pozulması, əzələ toxumasının zəifləməsi aiddir.

Əlamətləri

– anal nahiyədə yad cisim hissi;

– defekasiyadan (nəcis ifrazından) sonra bağırsağın tam boşalmaması hissi; 

babasil qaşınması, yanma hissi;

– defekasiya zamanı ağrı;

– müxtəlif intensivlikli qanaxma;

– babasil düyünlərinin sallanması (boğulması).

Babasil xəstəliyi 2 şəkil

Xəstəliyin inkişafı babasil düyünlərinin vaxtaşırı sallanmasına səbəb olur. Anal dəlikdən qanın axması anemiyaya gətirib çıxara bilər. Hemorroyun irəliləmiş mərhələlərində ağrı hissi güclənir, dözülməz olur. Xəstə defekasiyadan qorxaraq, nəcis ifrazını bilərəkdən gecikdirir. Bu da öz növbəsində qəbizilik törədir. Nəticədə xəstəlik daha da ağırlaşır.

Anal çat çox zaman hemorroidal düyünlərlə yanaşı inkişaf edir. Babasil xəstəliyi əksər hallarda düz bağırsağın çatı ilə ağırlaşır. Düz bağırsaq çatının müalicəsi zamanı metilurasildən (maz və ya şam şəklində) istifadə olunur. Drotaverin və ya No-şpa spazmı aradan qaldırmaq, ağrını azaltmaq və sağalmanı sürətləndirmək məqsədilə gecə və səhər saatlarında qəbul edilir.

Babasil xəstəliyi zamanı tətbiq edilən müasir müalicə üsulları

Proktologiya sahəsində babasil xəstəliyindən əziyyət çəkənlər üçün müxtəlif minimal invaziv (az travmatik) üsullar mövcuddur: 

skleroterapiya;

– infraqırmızı fotokoaqulyasiya;

– lateks üzüklər ilə bağlama;

– elektrokoaqulyasiya;

– doppler nəzarəti altında düyünlərin dezarterizasiyası.

Müalicə üçün müəyyən bir metod və ya prosedur həkim tərəfindən xəstənin fərdi göstəriciləri – ümumi vəziyyəti, xəstəliyin mərhələsi, yanaşı gedən patologiyalar nəzərə alınmaqla seçilir.

Babasil xəstəliyi 3

Hemorroyun inkişaf mərhələsindən asılı olaraq, aparılan müalicə metodları

I-II mərhələlərin müalicəsində xüsusi pəhriz, maz, rektal şam və digər dərmanlardan istifadə etmək kifayətdir. Bəzən minimal invaziv üsullara – skleroterapiya, infraqırmızı laxtalanma və s. ehtiyac yaranır.

II-III mərhələlərdə Doppler nəzarəti ilə düyünlərin dezarterizasiyası icra olunur.

Xəstə artıq IV mərhələyə çatıbsa, dezarterizasiya texnologiyasının tətbiqi, həmçinin cərrahi müdaxiləyə ehtiyac yaranır. Manipulyasiyanın mahiyyəti düyünləri qidalandıran damarları bağlanmaqla onlara qan axınını dayandırmaqdan ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.9/5 - (62 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir