Babasil şamı

Babasil şamı hemorroyun müalicəsində istifadə olunan əvəzedilməz vasitələrdən biridir. Onlar tərkib və təsir mexanizmlərinə görə fərqlənirlər. Aşağıdaki nümunələrdə bu məsələyə aydınlıq gətirək.
Natalsid
Şamın tərkibinə qəhvəyi dəniz yosunlarından alınan natrium alginat daxildir. Natalsid hətta hamiləlikdə babasil xəstəliyi zamanı təyin edilən təhlükəsiz vasitələrdəndir. İltihabəleyhinə, hemostatik (qanaxmanı dayandıran), bərpaedici təsirlərə malikdir.
Propolis DN
Şamın tərkibinə kakao yağı, lanolin, propolis daxildir. Babasilin kompleks müalicəsində istifadə edilir. İltihabəleyhinə təsirə malikdir. Qaşınmanı, göynəməni götürür. Hamilə qadınlara da təyin oluna bilər. Lakin bu şamın bir sıra əks-göstərişləri mövcuddur. Məsələn, Propolis DN-dən arıçılıq məhsullarına allergiyası olan şəxslər istifadə edə bilməz. Məlumat üçün qeyd edək ki, arıçılıq məhsullarına-bal, mum, bərəmum, arı südü, arı zəhəri daxildir.
İxtiol şamı
Bu şamlar antiseptik təsirə malikdir. Həmçinin ağrıkəsici effekti də mövcuddur. Anus ətrafındakı iltihabi prosesi aradan götürmək üçün babasil müalicəsində qeyri-steroid iltihabəleyhinə dərmanlarla birlikdə təyin edilir.
Çaytikanı şamı
Dərman preparatının tərkibinə çaytikanı özəyi (ekstraktı) daxildir. Təbii preparat olduğundan bu şamı hamilələr və uşaqlar istifadə edə bilər. Anal çat hallarında bərpaeedici təsirə malikdir. Babasil qaşınması, qıcıqlanma kimi şikayətləri aradan götürür.
Anuzol
Münasib qiymətinə və kompleks təsirinə görə babasil üçün ən yaxşı şam kimi qabaqcıl sıralarda dayanır. Əsas komponentləri xanımotu özəyi ekstraktı, bismut, sink oksid hesab olunur. Qanaxmanı dayandırır, ağrını kəsir, düz bağırsağın selikli qişasını qoruyur.
Posterizan
Tərkibinə bağırsaq çöpünün antigeni və metabolitləri (maddələr mübadiləsi məhsulları) daxildir. Bu maddələr düz bağırsağın selikli qişasına nüfuz etməklə, toxumaların zərərli mikroorqanizmlərə qarşı müqavimətini artırır. Kəskinləşmə mərhələsində babasil əlamətləri – anal nahiyədən ifrazat, qaşınma, göynəmə hissi zamanı təyin edilir. Uşaqlara əks göstərişdir.
Prokto-qlivenol
Xarici və daxili babasilin müalicəsində tətbiq edilən kompleks təsirə malik vasitələrdən biridir. Prokto-qlivenol kapilyar keçiriciliyini azaldır, qan və limfa dövranını yaxşılaşdırır, venotonik təsirə malikdir. İltihabəleyhinə, ağrı kəsici, ödemi (şişkinliyi) azaldan təsirlərinə görə babasil üçün ən yaxşı şam sırasına daxil etmək olar. Lakin əksər dərmanlar kimi bu vasitənin də əlavə təsirləri mövcuddur və istifadə etməzdən öncə proktoloq həkimlə məsləhətləşmək lazımdır.
Proktozan şamı
İltihabəleyhinə, yara sağaldıcı, ağrıkəsici təsirə malik kompleks vasitədir. Bir neçə əks göstərişi və əlavə təsiri olduğuna görə istifadədən öncə mütləq həkiminizdən soruşun.
Hepatrombin H şamı
Şamın tərkibinə: heparin, lauromakroqol, prednizolon daxildir. Venasklerozlaşdırıcı, antibakterial, iltihabəleyhinə, antiallergik təsirləri mövcuddur. Babasil düyünündə tromb əmələgəlmənin qarşısını alır. Ağrını azaldır. Müalicə kursu maksimum 7 gündür. Bu müddət ərzində müsbət nəticə müşahidə edilməzsə, həkim digər preparat təyin etməlidir.
Relif şamı
Babasil düyünlərindən və şikayətlərdən azad olmaq məqsədilə bu tip şamlardan istifadə edilir. Relif adı altında bir neçə seriya buraxılır. Şamın əsas aktiv maddəsi akula qaraciyəri yağıdır. Yara sağaldıcı, immunstimulyator (yerli immun sistemi gücləndirən), iltihabəleyhinə təsirlərə malikdir. Şamın aşağıdakı buraxılış seriyaları var:
- Relif – qaşınmanı və şişkinliyi azaldır;
- Relif Advans – ağrı kəsici təsirlidir;
- Relif ultra – antiallergik və iltihabəleyhinə təsir göstərir.
Nigepan şamı
Hepatrombin H-ın analoqudur. Tərkibindəki aktiv maddə – heparindir. Ağrı və qaşınma ilə mübarizə aparır, göynəmə və qıcıqlanmanı azaldır. Mövcud trombların böyüməsinin qarşısını alır.
Proktosedil M şamı
Ağrını azaldır, qaşınmanı götürür. Tərkibində geniş spektrli antibiotik mövcuddur, kapilyar kövrəkliyini azaldır. Kompleks dərman preparatı olmasına baxmayaraq, kifayət qədər əks göstərişi və əlavə təsirləri mövcuddur. Həkim məsləhəti olmadan ondan istifadə etmək olmaz. Hamilələr və uşaqlara əks göstərişdir.
Neo – Anuzol
Bir neçə təsirə malik qarışıq tərkibli şam dərin anal çatlarda tətbiq edilir. Düz bağırsaqda qalaraq tədricən təsir edir. Patogen mikrofloranın çoxalmasının qarşısını alır. Dozalanma qaydası mütləq həkim tərəfindən təyin edilməlidir. Bu şamdan yalnız müalicə deyil, profilaktik məqsədilə də istifadə oluna bilər.
Ultraprokt
Ağrı sindromu və qaşınmanı aradan qaldırır. Əsas təsir maddəsi fluokortolon və sinkoxaindir. Əlavə olaraq tərkibinə gənəgərçək yağı daxildir. Hormonal preparat olduğundan həkimlər tərəfindən çox ehtiyatla, yalnız vacib göstərişlər əsasında təyin edilir.
Salam həkim. Babasil düyününü əməliyyatsız ,sadəcə dərmanla yox etmək olur?
Salam. İlkin mərhələlərdə əməliyyata ehtiyac olmur.
Salam hekim mende boyuk bayra geden de qan axma olur mendensat var qan o. Catfan gelir ne.edim ki cat duzelsin
Salam. Anal çatı müayinə edib, sonra vəziyyətə uyğun yerli vasitələr təyin edilməlidir.
salam doktor menim babasilim anadan gelmedi.Yeni qiz vaxtindan.Men cox eziyet cekirem.Ne otura ne dura agrilarim cox olur.Qanaxmamda qawinma goyneme.Wamlardanda isdifade edirem.Herwey isdifade edirem.Xeyri yoxdu.Men ne ede bilerem.Ne meslehet gorsunuz
Salam. Bu illər ərzində heç 1 dəfə də müayinədən keçməmisiniz?
Salam. Məndə qəbzlik olur. Babasil çöldə şiş kimi olur çox ağrı verir. Hərdən qanaxma baş verir. Bir müddət balacalaşır sora yenə şişir çölə çıxır çox əziyyət verir göynəmə də olur. Hərdən içəri keçirmək olur amma bəzən elə şişir ki müdaxilə etmək olmur. Çox xahiş edirəm bir məsləhət verərdiz.
Salam. Yəqin sizdə bu xəstəlik çoxdan var. Çünki ilkin mərhələlərdə düyünlər asanlıqla yerinə qayıdır. Sizin halda əllə müdaxilə etməyin. Yaxşısı budur ki, gecikdirmədən həkimə müraciət edin.
Salam mendede dogusdan yaranib cox agri verir.Hansi hekimi meslehet gorerdiz.önceden tesekkur edirem
Salam. Qadınların əksəriyyətində babasil doğuşdan sonra yaranır. Bu problemin həlli ilə proktoloq məşğul olur.
Salam doktor mənimdə babasilin var arada qəbzlik olur və azda olsa qanayır çox qorxuram bilmirəm kimə müraciət edim qorxulu birşey olmazmı
Salam.Əslində babasilin yaranma səbəblərindən biri də qəbizlikdir. Və onlar qüsurlu dövran kimi bir-birlərini kəskinləşdirirlər. Belə halda proktoloqa müraciət etməlisiniz ki, müayinə aparılsın və ona uyğun müalicə təyin edilsin.
Salam men de 2 gundu babsil emele gelib.xaricdedi.balaca lobya boyda bir seydi.qanaxma hec vaxt olmayib.umumiyetle birinci defedi bele sey.soyuqladim evel damagimda yara kimi bir sey oldu,sonra babasil oldu.sonra dabanimda prablem oldu hansiki dabanimi yere qoya bilmirdim. Indi dabanim,danagimdaki yara sagalib demey olar.ama babasilin olmagi meni daha cox narahat edir.ne etmeliye
?hansi sami meslehet gorerdiniz!?
Salam. Babasili proktoloq müayinə etməli və onun təzahürlərinə uyğun müalicə təyin etməlidir. Evdə kor-koranə özünüzü müalicə etmək məsləhət deyil.
Salam.Məndə 2ci stepen daxili gemeroy var.Qəbzlik ,qanaxma yoxdu Sadəcə ağrı olur.Hansı şam daha məqsədəuyğundur?
Salam. Çaytikanı şamı qoya bilərsiniz. Ən əsası yeməyinizə fikir verin ki, qəbizlik olmasın.
Doqusdan var idi, amma manecilik toratmirdi. Axirinci vaxtlar qabzlik yaranir va qanaxma olur. Oturanda bela incidir, na eda bilaram
Salam. Qadınların əksəriyyətində babasil doğuşdan sonra əmələ gəlir. Proktoloqa müraciət edib, vaxtında müalicə almağınız məsləhətdir.
Salam.Relif advas samindan sud veren analar istifade ede biler?
Salam. Bu şamı südvermə dövründə həkim məsləhəti olmadan qoymaq olmaz.
Salam məndədə babasil var , doğuşdan sonra oldu , papaverin şamı istifadə edirem sizcə təsiri olacaq?
Salam. Papaverin şamı spazmolitikdir. Bu səbəbdən o, müalicəvi deyil. Sadəcə ağrını aradan qaldıracaq.
Salam mende babasil var cox aqri verir hemde bayira cixanda qanaxma ne edim hansi wamdan istifade edim
Salam. Ağrı və qanaxmanız varsa, kor-koranə müalicə təyin etmək olmaz. Düyünlərin vəziyyətinə baxmaq lazımdır.
Salam siz babasil hekimisiz.? Mendr cox eziyyet cekirem hara gedim kime muraciet edim?
Salam. Babasilin müayinə və müalicəsi ilə həkim-proktoloq məşğul olur. Ona müraciət edə bilərsiniz.
.
Salam hekim, babasilin ilkin formasi deyek(xirda xirda prişik kimi civzeler) var. En yaxşi şam hansidi, hansi şam meslehetli olar? Evvelceden teşekkur edirem.
Salam. Ümumiyyətlə şamlar müxtəlifdir və hər birinin öz təsiri var. Bu səbəbdən hətta ilkin mərhələdə də həkim baxışı olmadan konkret şam məsləhət görmək düzgün deyil. Çünki siz xaricdəki düyünləri görürsünüz, ola bilər ki, daxildə də düyün formalaşsın.
Salam hekim men babasil var cox eziyet verir doguj zamani cixib cox qan gelir ve guc gelir men ne ede bilerem ki hem agrisi gedsin hemde rahad olum
Salam. Əksər qadınlarda babasil hamiləlik və doğuş prosesi ilə əlaqədar yaranır. Qanaxmanız güclüdürsə, vaxt itirməyin. Vaxtında proktoloqa müraciət edin ki, vəziyyət ağırlaşmasın.
Salam məndə də bu problem var .Qanaxma da olur ancaq çöldədi ağri və qaşınma verir hansı şam məsləhətdir
Salam. Sadaladığınız əlamətlər babasilin ilkin mərhələdə olmadığını göstərir. Belə vəziyyətdə konkret şam demək olmur. Yalnız müayinədən sonra proktoloq sizə uyğun müalicə təyin edə bilər.
Mende sizin kimi yem
Salam. Anamda babasil yaranib. Həkim anestezol yazib. Anam deyur ki bu sham goyneme verir. Evvel anuzol da istifade edib. Ne meslehet gorursunuz?
Salam. Bəzi dərmanların qəbulu zamanı əlavə təsirlər, yəni göynəmə və s. xoşagəlməz hisslər meydana çıxa bilər. Belə hallarda yaranan narahatçılıq barədə müalicə həkiminizə məlumat verin. Kor-koranə dərmanı dəyişməyin.
Salam mene hekim ultraprok yazib tapa bilmirem nece komek ede bilersiz
Salam. Biz dərman satışı ilə məşğul olmuruq.
Salam menim yoldasimda da var bu gun seherde qan gelib ne dek hansi derman daha meslehetlidi? Hekime getmisiy dermanlar yazdi eledik hecne komek etmir. Emelyatda etdirmekde istediy dediler lazim deyil mualice ile kececek
Salam. Həkim əməliyyata gərək görməyibsə, demək ki, xəstəliyin dərəcəsi bir o qədər də ağır deyil. Belə vəziyyətlərdə düzgün konservativ, yəni dərman müalicəsi aparılmalı və eyni zamanda qəbizlik hallarına yol verilməməlidir.
Salam bu caytikani samini sud veren anada isdifade ede biler?
Salam. Bəli, tam əminliklə istifadə edə bilərsiniz. Tərkibində yalnız təbii vasitələr olduğundan hamiləlik və südvermə dövründə istifadəsi icazəlidir.
Mende babasil cixib hemde qebizlik var ne etmeliyem 2ayliq oglum var dogusdan sonra yarandi amma xais edirem duzgun deyin ne etmeliyem cox eziyyetdi
Salam. Əksər qadınlarda babasil hamiləlik dövründə yaranır və ya kəskinləşir. Belə hallarda proktoloqun müayinəsindən keçib, düzgün mualicə almağınız məsləhətdir.
Bu wamlar butun apteklerde satilir?
Salam. Bəli, apteklərdən əldə edə bilərsiniz.
Salam mendede dogusdan sonra yaranb cox boyukdu eziet cekirem agrisindan dehset ois agriyir wiwib ozude ne geze bilirem ne otura hansi wami meslehet gorerdiz
Salam. Dediklərinizdən belə çıxır ki, sizdə artıq babasilin irəliləmiş mərhələsidir. Belə vəziyyətlərdə kor-koranə evdə müalicə almaq olmaz. Mütləq proktoloq baxışından keçin.