Babasil dərmanı          

30 Avqust 2019 Kateqoriya: Babasilin müalicəsi  Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 30878
Babasil dərmanı şəkil        
3.8/5 - (33 votes)

Babasil xəstəliyinə qarşı dərman seçməzdən əvvəl onun növünü, formasını və inkişaf mərhələsini dəqiqləşdirmək lazımdır. Bu da yalnız proktoloq müayinəsindən keçməklə mümkündür.

Babasil üçün dərmanlar

Hemorroyu əməliyyatsız sağaltmaq üçün elə bir dərman növü seçilməlidir ki, onun təsir istiqaməti kiçik çanaqda qan dövranının normallaşmasına, damar divarlarının möhkəmlənməsinə, düz bağırsağın selikaltı qişasında olan əzələlərin tonuslanmasına yönəlsin. Hemorroyun daha ağır mərhələlərində babasil dərmanı xəstənin vəziyyətini bir qədər yüngülləşdirmək üçün təyin edilir. Anal kanaldan xaricdə yerləşən düyünlərə qarşı əsasən maz, krem və ya gel məsləhət görülür. Daxili babasil üçün isə şam, maz, gel, eləcə də həblərdən istifadə olunur.

 

Babasil xəstəliyi üçün dərman – göstərişlər

Dərmanlar düyünlərin cərrahi yolla müalicəsindən sonra, əməliyyata hazırlıq dövründə, həmçinin xəstəliyin yüngül mərhələlərində tətbiq edilir.

Babasil dərmanı hansı təsirlərə malikdir?

  • Ağrı sindromunu aradan götürür;
  • İltihabı və şişkinliyi azaldır;
  • Qanaxmanı dayandırır;
  • Fəsadların qarşısını alır.

Babasil dərmanı 1 şəkil        

Yerli istifadə üçün preparatlar  

Babasil əlamətləri arasında xəstələrin ən çox şikayət etdiyi simptom ağrı sindromudur. Düyünlər trombozlaşdıqda, iltihablaşdıqda və ələxsus da anal çat formalaşdıqda ağrı get-gedə şiddətlənir. Bəzi hallarda hətta dözülməz olur. Bu səbəbdən babasil dərmanı dedikdə xəstələr ilk olaraq ağrıkəsiciləri nəzərdə tuturlar.

Ən çox istifadə olunan babasil dərmanı:

  • Ultraprokt
  • Neflyuan
  • Aurobin
  • Proktoqlivenol

Düyünlər trombozlaşdıqda:

  • Hepatrombin Q
  • Heparin mazı
  • Niqepan
  • Trokserutin
  • Proktosedil

Düyünlərin kiçilməsi və trombların formalaşmasının qarşısını almaq üçün preparatları özbaşına istifadə etmək olmaz. Çünki bu dərmanların müəyyən əks göstərişləri və əlavə təsirləri mövcuddur.

Qanaxmanı dayandırmaq üçün babasil dərmanı              

  • Adrokson
  • Berillast
  • Sponqostan
  • Taxikomb

Sponqostan şamının tərkibində donuz jelatini mövcuddur. Proktoloqlar bu dərmanı əsasən şiddətli babasil qanaması zamanı təyin edirlər.

Berillast şamı yaraların sürətlə sağalmasını təmin etməklə yanaşı, həm də iltihabəleyhinə və güclü qandayandırıcı xüsusiyyətlərə malikdir.

Babasil dərmanı 2 şəkil

Anal çat və hemorroidal düyünlərə qarşı dərman    

  • Metilurasil
  • Proktozan
  • Natalsid

Relif babasil dərmanı kimi geniş istifadə olunur. O, şam, gel və maz şəklində buraxılır. Xarici babasil müalicəsi və daxili düyünlər zamanı effektivdir. Lakin bu preparat xəstəliyin I-II mərhələrində daha çox yararlıdır. Ağırlaşmalar formalaşdıqda isə Relif yalnız əlamətlərin zəifləməsinə kömək edir.

Həblər şəklində babasil dərmanı                                      

  • Analgetiklər: İbuprofen, Analgin, Diklofenak, Baralgin
  • Venotoniklər: Flebodia, Detraleks, Eskuzan
  • Qandayandırıcı vasitələr: Vikasol, Kalsium xlorid
  • Trombəleyhinə: Aspirin, Trental, Aspekard
  • Qeyri-steroid iltihabəleyhinə: Nimesulid, Nimesil

Babasil dərmanı 4 şəkil

Ağrıkəsici təsirli həblər yalnız xəstəliyin kəskin formasında təyin edilir. Onalr monoterapiya şəklində deyil, şam və mazlarla birlikdə istifadə olunur.

Nimesil və Nimesulid əsasən toz şəklində buraxılır. Bu dərmanlardan hamiləlik zamanı istifadə etmək qadağandır.

Hemorroyun müalicə sxemi mütləq özündə venotonikləri cəmləşdirməlidir. Bu qrupa daxil olan dərmanlar qiymət baxımından digərlərinə nisbətən bahalıdır. Müalicə kursu minimum 1 aydır.

Qandayandırıcı dərmanlar bütün orqanizmə təsir edərək, hemostazı yaxışılaşdırır. Qiymət cəhətdən ən münasib preparat K vitamini və Vikasoldur.

Vikasol planlı hemorroidektomiya əməliyyatından bir neçə gün əvvəl, əməliyyat zamanı qanaxmanın profilaktikası məqsədilə təyin edilir.

Tromblaşma zamanı adətən Trental məsləhət görülür. Bu babasil dərmanı qanı durulaşdırır, trombların və düyünlərin kiçilməsinə, damarların keçiriciliyinin artmasına səbəb olur.

İnyeksiyalar şəklində babasil dərmanı

Güclü ağrılar zamanı Novakain blokadası tətbiq edilir. Proktoloqun göstərişi ilə anal sfinkterə bir neçə iynə vurulur.

Ağrıkəsici iynə şəklində babasil dərmanı    

  • Ketanol
  • Diklofenak

Xəstəliyin III-IV mərhələsində şamlar, maz və həblər effektiv olmadığına görə ağrıkəsicilər iynə formasında tətbiq edilir. Bu qrup preparatların bir çox əks-göstərişləri olduğundan yalnız həkim göstərişi ilə istifadə edilə bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.8/5 - (33 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir