Relif şamı
Babasil xəstəliyinin müalicəsi konservativ (dərman preparatlarının istifadəsi) və ya cərrahi yolla aparılır. Müalicə üsulu xəstəliyin ağırlıq dərəcəsinə uyğun seçilir. Yüngül formalarda yerli təsirli vasitələr (babasil şamı, mazlar, kremlər) effektiv sayılır. Düyünlər tez-tez zədələndikdə, trombozlaşdıqda, qanadıqda isə babasil əməliyyatına ehtiyac yaranır.
Hazırda apteklərdə babasil əlamətlərini yüngülləşdirən müxtəlif növ dərmanlar satılır. Onlar arasında Relif şamı daha məşhurdur. Preparat həm proktoloqlar, həm də pasiyentlər tərəfindən müsbət qiymətləndirilir.
Relif şamı haqqında
Relif güclü iltihabəleyhinə, damardaraldıcı, yarasağaldıcı və qandayandırıcı xüsusiyyətlərə malikdir. Şam babasilin müalicə və profilaktikasında, eləcə də düz bağırsağın zədələnmələrində istifadə edilir.
Preparatın tərkibinə fenilefrin hidroxlorid, akula qaraciyərinin yağı, E vitaminilanolin, qliserin, bitki mənşəli və mineral yağlar, parafin və ağ mum daxildir. Bu komponentlər babasil düyünlərinin sürətlə sorulmasını təmin edir, perianal nahiyədə ağrı və diskomfort hissini aradan qaldırır.
Relif şamı necə təsir göstərir?
Dərmanın effekti onun tərkib hissələrinin kompleks təsirinə əsaslanır.
Fenilefrin hidroxlorid – sintetik alfa-adrenomimetik olub, damardaraldıcı xüsusiyyətlərə malikdir. Onun sayəsində düz bağırsağın kavernoz cisimciklərində qan dövranı yaxşılaşır, düyünlər sorulur. Həmçinin fenilefrin hidroxlorid babasil qaşınmasını və şişkinliyi azaldır. Bundan əlavə damarları daraltmaqla, anal çat və ya düyünlərdən qanaxmanın qarşısını alır.
Akula qaraciyərinin yağı – çoxsaylı vitamin və aktiv maddələrlə zəngindir. Onlar toxuma regenerasiyasına, qanaxmanın kəsilməsinə və iltihabın azalmasına cavabdehlik daşıyır. Bu komponent hesabına anal nahiyədəki çatlar və digər travmatik zədələnmələr sağalır.
E vitamini – güclü antioksidant olmaqla yanaşı, həm də dərinin regenerasiyasını sürətləndirir.
Lanolin – qidalandırıcı və nəmləndirici vasitədir. Düz bağırsaq səthinin elastikliyini geri qaytarmaqla, yeni çatların əmələ gəlməsinə yol vermir.
Qliserin – bərk nəcis kütlələrini yumşaltdığından bağırsağın boşalma prosesini asanlaşdırır. Nəticədə iltihablaşmış hemorroidal düyünlər zədələnmir.
Kəklikotu yağı – iltihab və ödem əleyhinə, antiseptik və ağrıkəsici təsirləri ilə seçilir. Bu bitkinin yağı iltihablaşmış və zədələnmiş hissələrə bakteriyaların daxil olmasını əngəlləyir.
Parafin və ağ mum – digər komponentlər üçün həlledici və baza rolu oynayır. Onlar aktiv maddələrin düz bağırsağın selikli qişasında bərabər yayılmasını təmin edir, yumşaldıcı effekti gücləndirir.
Relif şamı hansı hallarda effektivdir?
- Babasil xəstəliyi;
- Düz bağırsağ səthinin travmatik və mexaniki zədələnmələri;
- Əməliyyatdan sonra perianal nahiyədə ağrı;
- Rektal zonada diskomfort, qaşınma və yanğı hissi;
- Anal dəlikdən qanlı ifrazatlar.
Relif şamı necə istifadə olunur?
Şamı düz bağırsağa yeritməzdən əvvəl əllər və anal nahiyə yaxşıca yuyulur. Bu yolla iltihablaşmış hissələrə, yara səthinə bakterial infeksiyanın düşməsinin qarşısı alınır.
Xəstə böyrü üstə uzanaraq, dizlərini bükur. Belə vəziyyətdə şamı düz bağırsağa daxil etmək asanlaşır. Preparatın iti ucunu anal dəliyə yeritməklə, şam 3-4 sm dərinliyə salınır. Dərman daxildə əridiyindən onun xaricə axmaması üçün ən azı 30 dəqiqə ayağa qalxmamaq məsləhət görülür.
Maksimal effekt əldə etmək məqsədilə şamın tətbiqi müntəzəm qaydada olmalıdır. Adətən gün ərzində 4 dəfədən artıq istifadəyə icazə verilmir. Əksər hallarda müalicə kursu 1 həftə davam edir. Lakin xəstəliyin dərəcəsi və pasiyentin vəziyyətindən asılı olaraq, bu müddət uzana bilər.
Kimlərə Relif şamı qadağandır?
- Dərmanın tərkib komponentlərinə qarşı hiperhəssalığı olan şəxslər;
- 12 yaşdan kiçik pasiyentlər;
- Qanın laxtalanmasının yüksəldiyi və eləcə də tromboembolik xəstəliyi olan insanlar.
Hamiləlik və südvermə dövründə şamın istifadəsinə yalnız həkim tərəfindən qərar verilə bilər.
Relif şamı qiyməti
Preparatın qiyməti 8-9 AZN arasındadır. 1 qutuda 12 ədəd şam yerləşdirilir.
Bəzi xəstələrdə Relif şamı perianal qaşınma və dəri səthlərinin qızarmasına səbəb ola bilər. Xoşagəlməz hallarla qarşılaşdıqda mütləq həkimə müraciət edin.
Salam mende bir ildirki sanki duz bağırsaqda nese var bezen qaşınır bezen ele bilirem ki goyneme kimi əsasən ele bilirem neşe var orda hekim deyir babasil düyünü var mene komek edinde ağrı yoxdu ara bir zokqolduyur qanda yoxdu amma hemise ele bilirem orda nese var bezen desetli derecede qaşınır mene komek edindde müalicəsi varmı
Salam. Həkim müayinə zamanı babasil düyün aşkar edibsə, böyük ehtimalla sizi narahat edən məhz odur. Müalicəsinə başlayın ki, narahatlığınız azalsın.
Salam ama bir mudetlik sakitleşdirir
Salam mende 1heftedi bayira gedende agri olur evvel sanki kesib kecirdi.Indi elimle gucenende balaca duyun yqra kimi biesey gelir.Ele gunler olduki gece yata bilmedim.Relif sami mene komek eder ?ve gunde nece defe istifade edim?
Salam. Ümumiyyətlə şam istifadəsi düyünlərin vəziyyətindən asılıdır. Yəni xəstəliyin ağırlaşmış mərhələlərində yalnız cərrahi müdaxilə müsbət nəticə verir.
Salam bu şam hormonal deyilki?
Salam. Xeyr, hormonal deyil.
Salam məndə böyrək dasi var mualicə aliram qəbizlik məni bavasil elədi relif köməyi olar cox sagolun
Mende tezeliyce cıxıb xarice evveller sadece ağrı verirdi qebizliy olanda Relif den istifade ede bilerem?
Salam. Relif şamı qəbizlik üçün nəzərdə tutulmur.
Salam.Hazirda 1 ayliq korpem var ve onu sutumle qidalandiriram.Relif shaminnan istifade ede bileremmi?
Salam. Körpənizi ana südü ilə qidalandırdığınıza görə Relif şamını proktoloqun (babasil üzrə həkim) birbaşa razılığı olmadan qoymaq icazəli deyil.
Salam.mende daxili babasil var.bezi hallarda qanaxmada olur.hansi wamdan istifade etmek duzgundur.
Salam. Hazırda dərman bazarında babasil əleyhinə müxtəlif şamlar var. Sadəcə hər bir şamın öz xüsusiyyəti olduğundan konkret vəziyyətə uyğun dərman yalnız müayinədən sonra təyin edilməlidir. Belə halda effektini görəcəksiniz.
Salam aleyküm. Men barsaq genelmesinden birde anal çatdan emelliyyat olmuşam bir ildi indide çölden düyürler emele gelib.üzür isteyirem güc verende ayaxyolu zamanı düyürler emele gelir relif şamından istifade etsem olarmı.
Salam. Əməliyyatdan sonra düyünlər əmələ gəlisə kor-koranə müalicə etməyin. Babasil əleyhinə relif şamı təyin olunur, amma bu, xəstəliyin dərəcəsindən asılıdır.