Babasil qaşınması
Anal nahiyənin qaşınması – insanlar arasında geniş yayılmış və çox əziyyət verici bir haldır. Bu əlamətə 40-60 yaş arası kişilərdə daha çox rast gəlinir. Bəs görəsən babasil qaşınma verir?
Qaşınma düz bağırsaq xəstəlikləri zamanı tez-tez müşahidə olunan əlamətlərdən sayılır. Hemorroy, anal çat, itiuclu kondiloma, düz bağırsaq şişi, xroniki proktosiqmoidit qaşınma ilə müşayiət edilən xəstəliklərdir. Babasil qaşınması sadalanan patologiyalar arasında ən geniş yayılanıdır.
Nəyə görə babasil qaşınma verir ?
Babasil qaşınması müxtəlif səbəblərdən yarana bilər:
- Babasil düyünlərinin zədələnməsi. İltihablaşmış düyün müalicə edilmədikdə, böyüyərək, anal kanalın mənfəzinə qabarır. Qatılaşmış, daşlaşmış nəcis düz bağırsağın selkli qişasını və venoz divarları deformasiyaya uğradır. Bu da düyünlərin infeksiyalaşması və babasil qaşınması ilə nəticələnir.
- İltihabi eksudatın formalaşması. Xəstəlik irəlilədikcə, iltihablaşmış venoz damarlardan çıxan rəngsiz, qatı maye düz bağırsaqdan xaricə axır. Nəmlik anal toxumaların qıcıqlanmasına səbəb olur –düyünlər qaşınmağa başlayır.
- Rektal çatışmazlıq (anal sfinkterin çatışmazlığı). Babasilin gecikmiş mərhələləri əksər hallarda sfinkter əzələlərinin boşalması ilə müşayiət olunur. Bu da öz növbəsində babasil qaşınmasına gətirib çıxarır. Selik, habelə nəcis elementləri sağrı büküşünə daxil olur – yanma hissi meydana çıxır.
- Əməliyyatdan sonrakı yaraların sağalması. Babasil qaşınması əməliyyatdan sonra da əmələ gələ bilər. Ancaq belə vəziyyət patologiya deyil, fizioloji reaksiya sayılır: düyünlərin kəsilməsindən sonra yara səthlərinin sağalması yüngül qaşınma törədir. Bərpa dövrü başa çatdıqda qaşınma heç bir müdaxilə olmadan keçib gedir.
Qaşınmanın digər səbəbləri:
- Gigiyenik vərdişlər;
- İnfeksiyalar;
- Dəri xəstəlikləri;
- Uzunmüddətli qəbizlik və ya xroniki ishal (diareya);
- Bəzi qida məhsullarına qarşı allergiya – pomidor, sitrus meyvələri, şokolad və s;
- Bəzi antibiotiklərin (tetrasiklin, eritromisin) qəbulu ilə əlaqədar.
Həkimə nə vaxt getmək lazımdır?
Bir çox hallarda qaşınmanın öhdəsindən həkim müdaxiləsi olmadan də gəlmək mümkündür. Lakin qaşınma daimi və şiddətli olarsa, həmçinin arxa dəlikdən qanaxma müşahidə edilərsə, belə hallarda həkim baxışı mütləqdir.
Çünki özbaşına aptekdən alınan hər hansı babasil dərmanı qaşınmanı azaltsa da, xəstəliyin inkişafını dayandırmır. Belə vəziyyətlərdə ilk növbədə diaqnoz təsdiqlənməli, daha sonra xəstəliyin inkişaf mərhələsindən asılı olaraq müalicə təyin edilməlidir.
Salam hekim memde arxada qasinma olur herden qasima guclenir ayaqyoluna gedende qan gelir .sizce bu ne ola biler?
Salam. Babasil və ya anal çat ola bilər.
Babasildi mende de var eyni forma