Xarici babasil müalicəsi
Babasil xəstəliyi düyünlərin yerləşməsinə görə daxili və xarici olur. Xarici babasilin müalicəsi digərindən bir qədər fərqlənir. Proktoloq həkimlər hemorroidal düyünlərin müalicəsi məqsədilə əsasən babasil kremləri, mazlar təyin edirlər.
Xarici babasil müalicəsi – terapevtik üsul
Xarici lokalizasiyalı, yəni anal kanaldan bayırda yerləşən düyünlərin zədələnmə, iltihablaşma və trombozlaşmasının qarşısını almaq üçün bir neçə qrup babasil dərmanından istifadə edilir:
- İltihabəleyhinə preparatlar;
- Ağrıkəsicilər;
- İşlədicilər.
Həmçinin xəstəliyin gedişatından və müalicənin dinamikasından asılı olaraq, antikoaqulyant və bərpaedici preparatlara ehtiyac yarana bilər.
Xarici babasil müalicəsi üçün əsas dərman preparatları
Xarici istifadə üçün nəzərdə tutulan preparatlar adətən maz, gel və krem formasında istehsal edilir. Yerli təsirli vasitələr babasilin müalicəsi zamanı daha effektiv sayılır. Lakin bir çox dərman vasitəsi kimi onların da əks göstərişləri və əlavə təsirləri mövcuddur. Aşağıdakı cədvəldə əsas dərman preparatları haqqında məlumat verilmişdir.
Dərman və ya qrupun adı | Təsir mexanizmi | İstifadə qaydası |
Relif mazı, geniş spektrli hemostatiklər | Aktiv maddə-akula qaraciyəri yağı, fenilefrindir. Maz iltihablaşmış nahiyədə həll olaraq, şişkinlik və iltihabı azaldır, qanaxmanı dayandırır. | Sutkada maksimum 4 dəfə istifadə etmək olar. Müalicə kursu 7 gündür. Dərman həm xarici, həm də daxili babasil üçün tətbiq edilə bilər. Bu məqsədlə qutudakı xüsusi başlığa bir qədər maz sıxın və onu anal nahiyəyə daxil edin. Xarici düyünlərə sürtmək üçün əlinizə lateks əlcək geyinin. |
Heparin mazı, antikoaqulyantlar | Aktiv maddəsi – natirum heparin, benzinikotinatdır. İltihablaşmış damarlarda trombların formalaşmasının qarşısını alır. | Gündə maksimum 2-3 dəfə istifadə etmək olar. Müalicə kursu 14 gündür. Xarici babasil müalicəsi üçün düyünlərə sürtün və üstünü steril sarğı ilə fiksasiya edin. 4 saat saxlayın. |
Troksevazin və ya Trokserutin (venotonik) | Aktiv maddəsi – flavonoid trokserutindir. Maz kapilyarların divarlarını möhkəmləndirir. Şişkinlik əleyhinə, antioksidant, iltihabəleyhinə təsir göstərərək damar tonusunu artırır. | Preparat defekasiya aktından (nəcis ifrazından) sonra və gecə yatmazdan əvvəl istifadə edilir. Babasil düyünlərinə tampon şəklində tətbiq edilir. |
Aurobin, Proktozan (steroid iltihabəleyhinə preparatlar) | Aurobinin aktiv maddəsi -prednizolondur. Həmçinin dərmanın tərkibinə lidokain, provitamin B5, deksapantenol daxildir. Bu qrup preparatlar şişkinliyi aradan qaldırır, toxumaları bərpa edir.
Proktozanın aktiv komponenti -bufeksamakdır. Bu maddə düyünləri qurudur, ağrıkəsici effektə malikdir. |
Aurobin gündə 3-4 dəfə istifadə edilir. Müalicə kursu 7 gündür. Xarici babasil müalicəsi üçün kremdən noxud böyüklükdə sıxıb, ehmalca düyünlərə çəkin.
Proktozan gündə 1-2 dəfə istifadə edilir. Müalicə kursu 8-10 gündür. Xarici babasil düyünlərinə sürtmək üçün əlinizə əlcək geyinin. Daxili babasilin müalicəsi zamanı isə anal nahiyədən xüsusi başlıq vasitəsilə daxil edilir. |
Antibakterial vasitələr, Posterizan, Levomikol maz | Onlar bakterisid xüsusiyyətləri ilə seçilir. Posterizan bağırsaq mikroflorasına təsir edərək, disbakteriozun qarşısını alır. Levomikol, Vişnevski mazı iltihabı zəiflədir, zədələnmiş toxumaları bərpa edir. | Posterizan gündə 2 dəfə səhər və axşam saatlarında tətbiq edilir. Müalicə kursu 14-21 gündür. Levomikol gecə yatmazdan əvvəl 10 gün müddətində istifadə edilir. |
Mazı düyünlərə çəkməzdən əvvəl anal nahiyəni yuyun. Həmçinin bu dərman vasitələrini defekasiyadan sonra tətbiq etmək daha uyğundur.
Xarici babasil müalicəsi – cərrahi üsul
Babasil lazer əməliyyatı, yəni minimal invaziv metodlar xəstəliyin II-III, hemorroidektomiya isə III-IV mərhələsində yerinə yetirilir.
Xarici babasil müalicəsi zamanı başlıca minimal invaziv metodlar
- İnfraqırmızı fotokoaqulyasiya – istilik dalğaları ilə düyünə təsir edərək, onu və düyünü qidalandıran damarın yandırılması
- Krioterapiya – maye azotla düyünlərin dondurulması;
- Lateks halqaları ilə liqaşur – halqalar vasitəsilə düyünü sıxaraq, onun qanla təhcizatının dayandırılması.
Babasilin müalicəsi bu üsullarla aparıldıqda, hospitalizasiya (yəni xəstəxanada uzun müddət yatma) tələb olunmur. Hemorroidektomiya xarici babasilin ağırlaşmış və trombozlaşmış mərhələsində cərrahi üsulla düyünlərin kəsilməsindən ibarətdir. Hemorroidektomiyadan sonra hospitalizasiya mütləqdir. Bərpa dövrü uzun olur.
Əgər Siz də babasil xəstəliyindən əziyyət çəkirsinizsə, hemorroyun xarici və ya daxili olmasını, ən əsası hansı müalicə metodunun effektivliyini öyrənmək üçün mütləq həkimə müraciət edin.
Salam əgər ağrı və tikan kimi batma hissi varsa çıxıntı xaricə doğru göyərmiş şişkinlik kimidirsə bu hansı mərhələdir?
Salam. Dediyiniz əlamətlərə görə III-IV ola bilər. Amma yenə də dərəcə yalnız müayinədən sonra bilinir. Bir də onu demək istəyirəm ki, göyərmə varsa, vaxt itirmədən proktoloqa müraciət edin.
Salam. Mende anal deliyin kenarinda şişkinlik yaranır. Üzr isteyirem bayıra cıxdıqdan sonra şişir. 2-3 saat erzinde balacalaşır. Antrolin mazdan istifade edirem amma xeyri olmur deyesen. Başqa nese etmek mümkün olar?
Salam. Düz anladımsa şamı özünüz, yəni həkim baxışı olmadan istifadə edirsiniz. Əslində isə şişkinliyə baxmaq lazımdır. Ola bilsin xarici babasil düyünləridir.
Salam men 4-5 gundu bilmiwem Her yerde baglidi gede bilmirem hekim gorsedim. Dairenin kenarlari cixir cole 1 santmetrden az hardasa O col sayilir ic gemaroyu? Mualice ile gender o hekim? Tewekur
Salam. İlkin mərhələlərdə dərman müalicəsi kifayət edir, əməliyyata gərək qalmır. Sadəcə müayinə edib düyünlərin vəziyyətinə baxmaq lazımdır.
Salam.
Mən əməliyyat olunmuşam. 2006-da. əməliyyatdan sonra demək olar hər il ağrılar olurdu. son vaxtlar daha da kəskinləşib. Relif və nearektaldan istifadə edirəm. İkinci dəfə əməliyyata getmək istəmirəm. əməliyyatdan sonra azı 1 həftə ağır olur. başqa nə etmək olar? bu babasilin qayıtması hesab oluna bilər və ay həkimin səhvlərinin səbəbindən qayıda bilər?
Salam. Siz əməliyyatdan sonra təkrar müayinə olunmusunuz? Yəni mütəmadi ağrı varsa, kontrol müayinə lazımdır.
Salam. Mende babasilden əziyyət çəkirəm. Uzun müddətdir mənimdə xarici babasilim var amma nə qanaxma nə də ağrılarım olur ara sıra qaşınmalar olur. Amma düyünlər var böyükdü bilmək istərdim müalicə ilə sağalar yoxsa mütləq əməliyyat lazımdır?
Salam. İri ölçülü düyünlər əməliyyat olunmalıdır, çünki onlar adi müalicə ilə keçib getmir.
Salam Babasil emelyat olunduqdan sonra yeniden emele gelme ehtimali var .??
Salam. Əməliyyatdan sonra düyünlərin yenidən formalaşmasının qarşısını almaq üçün qidalanma və həyat tərzinə fikir vermək lazımdır.
Salam babasil xəstəlik mualicə etmək olur
Salam. Bəli, bu xəstəliyin müalicəsi mümkündür. Ağırlıq dərəcəsindən asılı olaraq, dərman preraratları və ya cərrahi əməliyyat təyin olunur. Bu barədə saytın “Babasilin müalicəsi” və “Babasil əməliyyatı” bolmələrində geniş məlumat əldə edə bilərsiniz.