Babasil əlamətləri 

28 Avqust 2019 Kateqoriya: Babasil nədir Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 6346
Babasil əlamətləri 3 şəkil
4.4/5 - (31 votes)

Babasil düyünləri adətən 2 formada olur: xarici və daxili babasil. Bəzən iki forma birdən inkişaf edir. Belə hallar qarışıq babasil kimi qiymətləndirilir. Daxili babasil xəstəliyinin ilkin əlamətləri dedikdə əsasən qanaxma nəzərdə tutulur. 

Babasil qanaması, düyünlərin anal dəlikdən xaricə sallanması (və ya boğulması), diskomfort, yad cisim hissi, babasil qaşınması, anal nahiyədə ağrılar xəstəliyin klinik göstəricilərinə aid edilir. 

Yuxarıda sadalanan əlamətlər xəstəliyin yalnız erkən mərhələlərində – bağırsaq funksiyasının pozulması (ishal və qəbizlik), ağır fiziki işdən sonra və ya uzun müddət oturaq vəziyyətdə qaldıqda müşahidə olunur. Bəzən babasil xəstəliyinin əlamətləri anidən özünü biruzə verir. Sadalanan simptomlarla yanaşı düyünlərin böyüməsi, qanaxmanın güclənməsi xəstəliyin proqressivləşməsindən xəbər verir. 

 

Babasil əlamətləri haqqında daha ətraflı 

Qanaxma: daxili forma üçün ən xarakterik simptomdur. Çox vaxt anal dəlikdən defekasiya (nəcis ifrazı) vaxtı və ya ondan dərhal sonra al-qırmızı qanın axması müşahidə olunur. Qan damcıları unitazda və ya alt paltarda ləkələr, nəcisdə isə zolaqlar şəklində görünə bilər. Nadir hallarda qanaxma 2 defekasiya aktı arasında baş verir. Qanaxmanın intensivliyi tualet kağızında çətinliklə seçilən damcıdan tutmuş, bütün unitaza sıçrayan ləkələrə qədər müxtəlif ola bilər. 

Babasil əlamətləri 1 şəkil

Düyünlərin sallanması (boğulması): babasil əlamətləri arasında rastgəlmə tezilyinə görə 2-ci yerdə dayanır. Başlanğıc mərhələlərdə sallanan düyünlər öz-özünə əvvəlki vəziyyətinə qayıdır. Daha sonralar düyünlərin daxilə keçməsi üçün xəstə onları barmaqla içəri itələməyə məcbur qalır. Ağırlaşmış mərhələdə isə hətta əllə müdaxilədən sonra düyünlər tam şəkildə yerinə qayıtmır. 

Anal qaşınma: babasil düyünlərinin sallanması ilə əlaqədar anal nahiyənin selikli qişasının qıcıqlanması zamanı müşahidə edilir. 

Perianal (anal dəlik ətrafı) şişkinlik: babasil əlamətləri kimi xəstəliyin kəskin formasında daha çox müşahidə edilir. Şişkinlik çox vaxt diskomfort – aralıq nahiyədə ağırlıq hissi ilə müşayiət edilir. Bu zaman xəstədə nəcis ifrazına yalançı çağırışlar yaranır. Xroniki babasildə isə ödem düyünlərin tez tez sallanması nəticəsində selik ifrazı və qanaxma səbəbindən meydana çıxır. 

Babasil əlamətləri 4 şəkil

Diskomfort və ağrı hissi: tez-tez kəskinləşən küt, daimi ağrılar babasil əlamətləri sırasına daxildir. Defekasiya zamanı kəskin ağrılar anal çat və babasilin trombozlaşması üçün xarakterikdir. 

Selik ifrazı: düz və S-vari bağırsaqdan selikli ifrazat proktoloq həkimin müayinəsini tələb edən əlamətlərdən hesab olunur. 

Tromboz: adətən hemorroyun simptomları sırasında deyil, xarici babasilin ağırlaşması kimi qeyd edilir. 

Xəstəliyin forma və inkişaf mərhələsindən asılı olmayaraq, yuxarıda sadalanan əlamətlərə rast gəlindikdə, mütləq həkimə müraciət etmək lazımdır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.4/5 - (31 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir