Babasilin xalq təbabəti ilə müalicəsi

Həkimə getməkdən qorxan, çəkinən bir çox insan babasilin xalq təbabəti ilə müalicəsinə üz tuturlar. Hemorroy loğmanların həmişə nəzərində olan bir xəstəlikdir. Xalq təbabətində babasilin müalicəsi üçün bir çox üsul və reseptlər mövcuddur. Bunlar bitki çayları, vannalar, dəmləmələr, kompresslər, mazlar şəklində tətbiq edilir.
Babasilin xalq təbabəti ilə müalicəsi üçün şəfalı bitki çayları
Biyan kökü çayı
- 1 xörək qaşığı doğranmış biyan kökü+250 ml su.
Biyan kökünün üzərinə qaynar su tökün, su hamamında 30 dəqiqə qaynadın. Daha sonra kənarda soyudun və süzün. Gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl isti şəkildə 100 ml için.
Hemorroyun xalq təbabəti ilə müalicəsi zamanı kövrək murdarça (kruşina) çayı
- 1 xörək qaşığı quru murdarça qabıqları+250 ml su
Qabıqların üzərinə su töküb 20 dəqiqə qaynadın. Soyuduqdan sonra süzün. Gecə 1/2 stəkan yüngül işlədici kimi için. Təzə qabığı istifadə etmək olmaz. Qabıq 1-2 illik və qurudulmuş olmalıdır. Digər düz bağırsaq xəstəlikləri zamanı, məsələn, yoğun bağırsağın iltihabında və hamiləlik dövründə istifadəsi əks göstərişdir.
Adi başınağacı zoğları (korı kalinı) çayı
4 çay qaşığı doğranmış zoğlar+200 ml su
Zoğların üzərinə qaynadılmış su tökün və 30 dəqiqə qaynadın. Soyudun. Babasil xəstəliyi, babasil qanaması zamanı gündə 3 dəfə yeməkdən öncə 1 xörək qaşığı qəbul edin.
Babasilin xalq təbabəti ilə müalicəsi zamanı istifadə edilən bitkilərin illər boyu şəfalı təsirləri müşahidə edilmişdir. Lakin bəzi bitkilərə allergik reaksiyalar varsa, onların tətbiqi tövsiyə edilmir.
Babasilin xalq təbabəti ilə müalicəsi üçün dəmləmələr
Adı başınağacı (kalina) dəmləməsi
- 3-4 xörək qaşığı başınağacı giləmeyvəsi+500 ml təbii alma sirkəsi
Giləmeyvələri şüşə bankaya doldurub, üzərinə alma sirkəsi tökün. Qapağını bağlayın. Qaranlıq və isti yerdə 8 saat qaldıqdan sonra süzün. Yeməkdən əvvəl 1 çay qaşığı qarışığı 100 ml su ilə durulaşdırıb için. Müalicə kursu 2 həftə davam edir.
Gicitkan, dazı, nanə dəmləməsi
- 1 xörək qaşığı quru gicitkan (krapiva) yarpaqları+1 xörək qaşığı dazı otu (zveroboy)+1 çay qaşığı nanə yarpaqları+300 ml su
Bütün inqrediyentləri qarışdırıb, üzərinə su tökün. 10 dəqiqə zəif odda qaynadın. Soyudun və süzün. Gündə 4-5 dəfə 1 xörək qaşığı qəbul edin.
Gicitkan dəmləməsi (krapiva)
- 1 xörək qaşığı gicitkan yarpaqları+200 ml su
Gicitkanın üzərinə qaynamış su tökün. Qapağını bağlayıb, 10 dəqiqə dəmləyin. Gündə 3 dəfə 100 ml qəbul edin.
Babasilin xalq təbabəti ilə müalicəsi üçün istifadə edilən dəmləmələrin hazırlanma qaydasına düzgün riayət etmək lazımdır.
Şirələr
At şabalıdı çiçəklərinin (konskiy kaştan) şirəsi
- 250-300 qr. at şabalıdı çiçəkləri
Çiçəkləri blenderlə əzib şirəsini çıxardın. Gündə 2 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı isti suya şirədən 25 damcı tökərək qəbul edin. Müalicə müddəti 1 həftədir.
Babasilin xalq təbabəti ilə müalicəsi üçün çuğundur şirəsi
- 400 qram təzə çuğundur
Çuğunduru yuyub təmizləyin. Doğrayın və şirəsini sıxın. Yeməkdən 10-15 dəqiqə öncə gündə 3 dəfə qəbul edin. 1 xörək qaşığından başlamaqla, dozanı tədricən 100-200 ml-ə qədər artırın. Müalicə kursu 1.5-2 aydır.
Kartof şirəsi
- 1 kq çiy kartof
Kartofu yuyub təmizləyin və şirəsini sıxın. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 100 ml için. Müalicə kursu 10 gündür.
Xalq təbabəti ilə müalicə üçün olan şirələri normadan artıq içmək olmaz.
Evinizdə olan ərzaqlardan istifadə etməklə babasilin xalq təbabəti ilə müalicəsi:
Kefir
- kefir və zeytun yağı
200 ml kefiri 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Zeytun yağı olmadıqda günəbaxan yağı da keçərlidir. Həmcins kütlə alınana qədər qarışdırın və için.
Yemiş şirəsi
- 300 qram yemişi qabıq və tumlardan təmizləyib doğrayın. Şirəsini sıxın. Gündə 2 dəfə 100 ml daxilə qəbul edin.
Xalq təbabəti ilə müalicə zamanı imalələrdən (klizma) də istifadə edilir.
Ballı imalə
Təmizləyici imalədən sonra anal dəlikdən 100 ml 10%-li ilıq bal məhlulu daxil edin. Sağrı nahiyənizi sıxaraq, məhlulu düz bağırsaqda 5 dəqiqə saxlayın. Daha sonra bağırsağınızı boşaldın.
Dazı otu (zveroboy) və bal ilə imalə
100 ml qaynar suya 15-20 qram bal və 1 xörək qaşığı dazı tökün. Soyuduqdan sonra süzün. Anal dəlikdən imaləni daxil edin və 3-4 dəqiqə saxlayın.
Gümüş suyu ilə imalə
Bu məqsədlə ionlaşdırılmış gümüş məhlulundan istifadə edilir. 200 ml suyu 15 mq məhlul ilə qarışdırın. Gündə 1-2 dəfə təmizləyici imalədən sonra müalicəvi imaləni edin. Bu üsul babasil qaşınması, anal çat, kəskin və xroniki paraproktitlərdə tətbiq edilir.
Babasilin müalicəsi üçün kompresslər
Propolis və çaytikanı yağı ilə kompress
Su hamamında 10 qr. propolis və 100 qr. çaytikanı yağını qızdırın. Soyuduqdan sonra təbii parçaya sürtüb düyünlərin üzərinə qoyun. Bu proseduru gündə 2 dəfə: səhər və axşam saatlarında etmək olar.
Kartof və bal kompressi
Kartofu sürtkəcdən keçirin. 1 xörək qaşığı götürüb, üzərinə 1/2 çay qaşığı bal əlavə edib qarışdırın. Tənzifin üzərinə çəkib, patoloji nahiyəyə qoyun. Bal babasilin xalq təbabəti ilə müalicəsi üçün ən çox istifadə edilən məhsullardan sayılır.
Yuxarıda sadalanan reseptlər babasilin müalicəsi üçün effektiv sayılsa da, onları istifadə etməzdən əvvəl mütləq proktoloq həkimlə məsləhətləşin.