Babasil üçün bitkilər 

29 Avqust 2019 Kateqoriya: Babasilin evdə müalicəsi Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 6501
Babasil üçün bitkilər şəkil
5/5 - (8 votes)

Babasil xəstəliyində dərman müalicəsi ilə yanaşı, hemorroy üçün otlardan da istifadə olunur. Bu bitkilər ümumi vəziyyətin yaxşılaşmasına və xoşagəlməz simptomların zəifləməsinə kömək edir.

Babasil üçün bitkilər – faydaları  

Babasil üçün bitkilər yumşaq formada, tədricən və kompleks şəklində təsir göstərir. Düzgün hazırlanma və dozalanma halında bitki mənşəli dərmanlar demək olar ki, hər kəs tərəfindən istifadə edilə bilir. Xarici və daxili babasilin otlarla müalicəsi dəmləmələr, şamlar, çaylar vasitəsilə aparılır.

 

Babasil üçün bitkilər – çobanyastığı (romaşka) 

Çobanyastığı hemorroyun öhdəsindən gələ biləcək dərman bitkiləri siyahısında birinci yerdə dayanır. Bu bitki iltihabəleyhinə, antibakterial, antiseptik, dezinfeksiyaedici və bərpaedici xüsusiyyətlərə malikdir.

Bundan əlavə çobanyastığı orqanizmi lazımlı vitaminlərlə dəstəkləyir. Onun köməyilə iltihabı azaltmaqla yanaşı, anal nahiyədəki qaşınma və yanğı hissini də aradan qaldıra bilərsiniz. Çobanyastığı həmçinin damarların divarlarını möhkəmləndirir, babasil qanaması ilə mübarizə aparır, qanın laxtalanmasının və şişkinliyin qarşısını alır.

Babasil üçün bitkilər 1 şəkil

Mayasarmaşığı (xmel) iltihabı, şişkinliyi və ağrını azaldır, antibakterial təsir göstərir. Orqanizmdə su-yağ və mineral maddələr mübadiləsini yaxşılaşdırır.

Sığırquyruğu (korovyak)
Sığırquyruğunun tərkibi askorbin turşusu (C vitamini), karotin, tanin və efir yağları ilə zəngindir. İltihabəleyhinə effektiv vasitədir. Yaraları sağaldır, zədələnmiş toxumaları bərpa edir.

Daxilə qəbul üçün çobanyastığı çayı
1 xörək qaşığı otu emallı və ya şüşə qaba tökün. 200 ml 100°C qaynadılmış su ilə qarışdırın, qaynar vəziyyətdə 15 dəqiqə saxlayın. Səhər, nahar və axşam yeməyindən 25-35 dəqiqə əvvəl 1/2 stəkan qəbul edin. Bu çaya 1 ç.q. bal da əlavə etmək olar.

Babasil üçün bitkilər – at şabalıdının spirtli məhlulu
3-4 ədəd at şabalıdını xırdalayıb, şüşə qaba qoyun. Üzərinə 200 ml keyfiyyətli araq əlavə edin. Sərin və qaranlıq yerdə saxlayın. Yemək vaxtından asılı olmayaraq, gündə 3 dəfə 1 çay qaşığı için.

Babasil üçün bitkilər 2 şəkil

Babasilin təbii müalicəsi

Hazırda apteklərdə bir neçə otun hazır formada qarışıqlarına tez-tez rast gəlinir. Əslində bu dərmanlar proktoloq həkimlər tərəfindən də dəstəklənir. Belə ki, onların təsirləri müxtəlif yönlü olur. Nəticədə babasil əlamətləri tez sönür.

Ancaq nəzərinizə çatdıraq ki, adı çəkilən bitki və qarışıqlar babasilin erkən mərhələrində daha effektivdir. Xəstəliyin ağırlaşmış və gecikmiş dövrlərində mütləq həkim təyinatı ilə müalicə olunmaq lazımdır.

Babasil üçün bitkilər qarışığı çox vaxt bu otlardan ibarət olur: ağcaqayın (beryoza), damotu (pustırnik), dəvədabanı (mat i maçexa), kəcəvər kökü (koren aira), dərman xəşənbülü (donnik), yatıqqanqal (çereda) və.s.

Sadalanan bitkilər nə qədər faydalı və sınanmış olsa da, hər zaman öz təhlükəsizliyinizi qorumaq məqsədilə həkimlə məsləhətləşməyi unutmayın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (8 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir