Babasilin bitkilərlə müalicəsi
Babasil – düz bağırsaq venalarının genişlənməsi nəticəsində yaranan xəstəlikdir. Bir sıra insanlar babasil qaşınması, ağrı, yanğı hissini ev şəraitində bitkilərlə aradan qaldırmağa üstünlük verirlər. Bu məqalədə Sizi sınaqdan keçmiş effektiv üsullarla tanış edəcəyik.
Babasilin bitkilərlə müalicəsi – gicitkan dəmləməsi
1/2 stəkan quru gicitkanın üzərinə qaynar su töküb, ağzını bağlayın. Arabir qarışdırın. Soyuduqdan sonra süzün. Yaşıl rəngli məhlulu gündə 3 dəfə için.
Babasilin bitkilərlə müalicəsi – dəfnə yarpağı (lavrovıy list)
Babasil xəstəliyində mükəmməl nəticələr verir. Bunun üçün 20-25 dəfnə yarpağını bir qaba qoyub, ora 3 litr qaynar su əlavə edin. Dəmləməni gün ərzində 1 stəkan olmaqla kiçik qurtumlarla için. Məhlul qurtardıqda 1 həftəlik fasilə verib, müalicəni yenidən təkrarlayın.
Babasilin bitkilərlə müalicəsi – at şabalıdının spirtli məhlulu
3-4 ədəd at şabalıdını doğrayıb, üzərinə 1 stəkan araq əlavə edin. Qaranlıq yerdə saxlayın. Gündə 3 dəfə 1 çay qaşığı daxilə qəbul edin.
Babasilin bitkilərlə müalicəsi – meşə malvası ilə kompress
4 xörək qaşığı meşə malvasının yarpaqları və ya çiçəklərini (lesnoy prosvirnik) bir qaba yerləşdirin. Ora 2 stəkan qaynar su töküb, 2 saat gözləyin. Məhlulu süzüb, babasil düyünlərini onunla kompress edin.
Babasilin bitkilərlə müalicəsi – melissa yarpaqlarından imalə
İmalə üçün melissanın təzə yarpaqlarının şirəsi tələb olunur. Yarpaqları ət maşınından keçirin və ya bıçaqla doğrayın. Sonra tənzifin arasına qoyub sıxın. Alınmış şirə ilə imalə edin.
Babasilin bağayarpağı ilə müalicəsi
10 ədəd iri ölçülü yarpağın üzərinə isti su tökün. 5 dəqiqə müddətində gözləyin. Sonra yarpaqları tənzifin arasına qoyub, babasil düyünlərini kompress edin. Bu üsulu 3 ay ərzində həftədə 3 dəfə olmaqla təkrarlayın.
Babasilin oturaq vannalarla müalicəsi
Düyünlər xaricdə yerləşdikdə, at şabalıdı qabığının dəmləməsi ilə vanna qəbul etmək faydalı sayılır. Bu məqsədlə 50 qram qabığın üzərinə 1 litr qaynar su tökün. 15 dəqiqə qaynadıb, kənarda 8 saat saxlayın. Sonra süzün. Bağırsağınızı təbii yolla boşaltdıqdan (nəcis ifrazından) sonra bu məhlulu oturaq ilıq vanna şəklində istifadə edin.
Babasilin çobanyastığı çayı ilə müalicəsi
1 xörək qaşığı çobanyastığı otunu şüşə qaba töküb, 200 ml qaynar su ilə qarışdırın. 15 dəqiqə saxlayın. Gündə 3 dəfə yeməkdən 25-35 dəqiqə əvvəl 1/2 stəkan həcmində için. Çaya 1 çay qaşığı bal da əlavə edə bilərsiniz.
Babasilin bitkilərlə müalicəsi – təbii şam
Bağayarpağı bitkisinin yarpağını burub, günəbaxan yağına batırın. Sonra onu düz bağırsağa yeridib, 20 dəqiqə gözləyin. Proseduru 10 gün tətbiq edin.
Babasilin xalq təbabəti ilə müalicəsi effektiv olsa da, bu reseptləri həkim-proktoloqun məsləhəti olmadan istifadə etməyin. Çünki ev şəraitində tətbiq edilən üsullar bəzən xoşagəlməz təsirlərlə müşayiət oluna bilər. Belə hallara yol verməmək üçün sağlamlığınızı peşəkarlara həvalə edin.