Bağayarpağı babasil üçün
Bağayarpağı babasil üçün effektiv vasitələrdən sayılır. Ən önəmlisi onun istifadəsi böyük xərc tələb etmir. Bağayarpağı venotonik təsir göstərir, düz bağırsaqdakı qan damarlarının divarnı möhkəmləndirir.
Bağayarpağı hansı təsirlərə malikdir?
Yara sağaldıcı xüsusiyyətləri ilə tanınan bu bitki ağrıları aradan qaldırır və yanğı hissini azaldır. Babasil qanaması zamanı müsbət nəticə verir. Tərkibindəki təbii fenollar iltihabı prosesi xeyli zəiflədir. Bağayarpağı sapı və toxumlarında yüksək miqdarda bitki yağı, nişasta tipli selik mövcuddur. Bu maddələr bağırsağın selikli qişasına bürüyücü təsir göstərir. Bitki yarpaqlarının dəmləməsindən istifadə edərkən həzm prosesi normallaşır, nəcis yumşalır.
Bağayarpağı babasil zamanı necə istifadə olunur?
Bu bitki həm yerli, həm də daxilə istifadə üçün yararlıdır. Əksər hallarda faydalı maddələrin təsiri yerli tətbiq zamanı daha güclü olur. Daxilə istifadə üçün bağayarpağı şirəsi zəif odda 20 dəqiqə qızdırılır, tənziflə süzülür və içilir.
Babasil üçün bağayarpağı dəmləməsi
2 stəkan quru otu isti suda dəmləyin. Dəmləməni 3 yerə ayırın, yeməkdən bir neçə dəqiqə öncə için. Hər gün təzə-təzə dəmləyin. Çünki bir dəfəyə çox miqdarda dəmləyib, saxlasanız bitki öz faydalı xüsusiyyətlərini itirə bilər.
Babasil müalicəsi üçün bağayarpağı şirəsi
Təzə sıxılmış şirənin tərkibində faydalı maddələrin konsentrasiyası dəmləmə ilə müqayisədə daha çoxdur. Şirənin dadını yaxşılaşdırmaq üçün onu 50 ml su ilə durulaşdırın və bir qədər bal əlavə edin. Müalicə kursu 3-4 həftədir. Apteklərdə satılan hazır məhlulların tərkibində etil spirti olduğuna görə uşaqlarda babasil xəstəliyi və hamiləlikdə babasil müalicəsi üçün istifadə edilə bilməz.
Babasil üçün bağayarpağı mazı
Şirə və ya dəmləmə 1:7 nisbətində əridilmiş kərə yağı və ya donuz piyi ilə həmcins qarışıq alınana qədər qarışdırılır. Müalicə kursu tam sağalana qədərdir. Mazı şüşə bankada soyuq və qaranlıq yerdə saxlamaq lazımdır.
Babasil düyünlərinin anal dəlikdən sallanması (boğulması) zamanı islaq bağayarpağı kompressləri
10 ədəd iri ölçülü yarpağı fincana qoyub, üzərinə isti su tökün. 5 dəqiqə saxlayın. Sonra yarpaqları tənzifin arasına düzüb, bir neçə dəqiqə müddətində düyünlərə kompress edin. Prosedur həftədə 3 dəfə olmaqla 3 ay təkrarlanır.
Babasil üçün vanna
30 qram quru otu 500 ml qaynadılmış suda 30 dəqiqə dəmləyin. Sonra 1:1 nisbətində ilıq su ilə qarışdırın. Ümumi həcm 1 litr alınmalıdır. Alınmış qarışıqla oturaq halda vanna qəbul edin.
Bağayarpağı ilə babasil şamı
Bunun üçün rezin əlcəyin barmaqlarını kəsib, ora bağayarpağı şirəsi tökün və ehtiyatla soyuducunun dondurucu dolabına qoyun. Babasil düyünlərinə soyuq şam qoyduqda, ağrı sindromu aradan qalxır, düz bağırsaq divarının sağalması sürətlənir. Dondurulmuş vəziyyətdə bitki şirəsi faydalı təsirini 1 il ərzində qoruya bilər.
Təzə bağayarpağı yarpaqlarından şam
Yaxşı yuyulmuş bağayarpağı bitkisinin yarpağını boru şəklində qatlayıb (burub) vazelin və ya günəbaxan yağına batırın. Düz bağırsağa daxil edin və 20 dəqiqə saxlayın. Bu formada şamı 10 gün tətbiq edin.
Bağayarpağı babasil müalicəsi üçün çox faydalı bitki olsa da, bəzi insanlarda ona qarşı allergiya ola bilər. Belə vəziyyətlərdə bitkinin ziyanı faydasını üstələyir. Yuxarıda sadalanan reseptlərdən hər hansı birini tətbiq etməzdən əvvəl mütləq proktoloq həkimlə məsləhətləşin.