Babasilin türkəçarə müalicəsi

29 Avqust 2019 Kateqoriya: Babasilin evdə müalicəsi Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 10930
babasilin türkçarə müalicəsi şəkil
4/5 - (5 votes)

Hemorroy əhali arasında geniş yayılmış xəstəlikdir. Bəzi insanlar babasil əlamətləri təzahür etdiyi zaman qeyri-ənənəvi üsullara əl atırlar. Babasilin türkəçarə müalicəsi bu metodlardan sayılır. Loğmanlar babasil üçün bitkilərdən istifadə etməklə, bilavasitə özləri babasil dərmanı hazırlayır və ya bunu xəstəyə həvalə edirlər. Babasil üçün türkəçarə reseptlərinə nəzər yetirək:

Kətan toxumu ilə imalə
1 xörək qaşığı kətan toxumlarının üzərinə 250 ml qaynadılmış su tökün. 3 saat ərzində dəmlədikdən sonra soyudun. 20-30 ml olmaqla gündə 2 dəfə mikroimalə edin.

 

Bal ilə mikroklizma
50 ml isti suda 1 çay qaşığı balı həll edin. Qarışığı anal dəliyə daxil edin və bağırsaqda 3-4 dəqiqə saxlayın.

Bal və çobanyastığı (romaşka) ilə imalə
100 ml qaynar suya 1 xörək qaşığı çobanyastığı əlavə edin. Dəmlədikdən sonra süzüb, soyudun. 20 qram balla qarışdırın. Dəmləməni anal nahiyəyə yeridib, 3-4 dəqiqə saxlayın. Sonra isə bağırsağı boşaldın.

Babasilin türkəçarə müalicəsi 1 şəkil

Babasilin türkəçarə müalicəsi şirələr 

Gicitkan (krapiva) şirəsi 

  • 300 qram təzə gicitkan

Gicitkanı blenderdə doğrayıb şirəsini sıxın. Qanaxmalar zamanı gündə 3 dəfə 1 çay qaşığı qəbul edin.

Boymadərən (tisyaçelistnik) şirəsi 

  • 1 kq təzə boymadərən otu+bal

Blender vasitəsilə otları xırdalayın, şirəsini sıxın, sonra bal ilə eyni nisbətdə qarışdırın. Gündə 3 dəfə 1 çay qaşığı qəbul edin. Babasilin ilkin mərhələsində effektiv vasitə sayılır. Onun uzunmüddətli qəbulu arzuedilməzdir.

Babasilin türkəçarə müalicəsi 2 şəkil

Babasilin türkəçarə müalicəsi – püre və dəmləmələr

Gəndəlaş (buzina) puresi

  • 500 qram yetişmiş giləmeyvələri şəkərsiz qaynadın. Yeməkdən öncə 1 xörək qaşığı qəbul edin.

Dəmrovotu (çistotel) dəmləməsi 

  • 1 xörək qaşığı dəmrovotu+500 ml su

Otun üzərinə qaynar su töküb, qarışdırın. Qabın ağzını qapaqla bağlayıb, 1 saat saxlayın. Gündə 4 dəfə 50 ml yeməkdən 1 saat sonra içilir.

Babasilin türkəçarə müalicəsi 2 şəkil

Babasilin türkəçarə müalicəsi – çaylar

İlanvari qırxbuğum (qoreç poçeçuynıy) və çobanyastığı çayı 

  • Hərəsindən 2 çay qaşığı +500 ml su

Quru otları qarışdırıb, üzərinə qaynadılmış su tökün. Zəif odda 15 dəqiqə qaynadın. 2 saat saxlayın. Gündə 3-4 dəfə olmaqla, yeməkdən 30 dəqiqə əvvəl 100 ml qəbul edin. Bu dəmləmə işlədici, sidikqovucu, qan dayandırıcı təsir göstərir.

Babasil üçün türkəçarə – kompresslər

Kərəviz kompressi
Kərəviz yarpaqlarını və köklərini pure şəklində əzin. Təmiz parçanın üzərinə yaxıb, anal nahiyəyə qoyun.

Çuğundur və yerkökü kompressi
Çuğunduru və yerkökünü xırdalayaraq, pambıq və ya təmiz bintin üzərinə çəkin. Kompressi babasil düyünlərinə tətbiq edin.

İslaq sürvə (şalfey) kompressi
3 xörək qaşığı sürvənin üzərinə 250 litr qaynadılmış su tökün. Qabın ağzını bərk bağlayıb, 1 saat saxlayın. Sonra dəmləməni soyudun və parçaya hopdurun. Babasilin yerləşdiyi nahiyəyə qoyun.

Babasilin türkəçarə müalicəsi 3 şəkil

Babasilin türkəçarə müalicəsi – islaq kompresslər

Çobanyastığı və meşə çiyələyi yarpaqlarından islaq kompress
2 xörək qaşığı meşə çiyələyinin yarpaqları+1 xörək qaşığı çobanyastğı çiçəkləri+ 300 ml qaynadılmış su. Qabın qapağını bərk bağlayın, 1 saat dəmlənsin. Daha sonra dəmləməni təbii yumşaq parçaya və ya tənzifə (bint) hopdurub, istifadə edin.

Babasilin türkəçarə müalicəsi üçün yuxarıda sadalanan inqrediyentləri rahatlıqla apteklərdən tapa bilərsiniz. Keçmiş vaxtlarda bitkilər meşələrdən, dağlardan toplanıb hazırlanırdı. Babasil üçün türkəçarə reseptlərində bəzi bitkilər, otlar və ya təbii vasitələrə digərlərinə nisbətən daha çox rast gəlinir ki, bu da illərlə sınaqdan keçirilmiş müsbət nəticələrə əsaslanır. Çaytikanı yağı babasil müalicəsində sözü gedən vasitələrdən hesab olunur.

Babasilin türkəçarə müalicəsi 5 şəkil

Çaytikanı yağı necə təsir edir?

– Damarların divarını möhkəmləndirir;

– Damar genişlənməsinin qarşısını alır;

– Venaları tonuslandırır;

– Qan laxtalarının əmələ gəlməsinin qarşısını alır;

– Ödemi (şişkinliyi) azaldır;

– Qıcıqlanmanı götürür;

– İltihabın qarşısını alır.

Çaytikanı yağından necə istifadə edilməlidir?

– rektal şamlar;

– mikroimalələr;

– kompress və vannalar şəklində.

Onun istifadə forması xəstəliyin növündən asılıdır. Daxili babasil müalicəsi üçün şam və imalə forması tətbiq edilir. Apteklərdə babasil üçün şamların tərkibinə daxil olur.

İmalə hazırlamaq üçün 50 ml yağ qızdırılır. Bağırsaq təmizləndikdən sonra mikroimalə edilir və 30 dəqiqə daxildə saxlanılır. Yağın temperaturuna xüsusi diqqət etməyiniz lazımdır. O, nə qaynar, nə də soyuq olmamalıdır. Xarici babasilin müalicəsi zamanı çaytikanı yağı hopdurulmuş pambıq tamponu maz şəklində anal nahiyəyə sürtmək tövsiyə olunur. Müalicə kursu 10 gündür. 2 həftə fasilə etmək mütləqdir.

Hamiləlikdə babasilin müalicəsi üçün çaytikanı yağı əsil xilasedici vasitədir. Yalnız hamilələr deyil, zahı qadınlar da babasilin türkəçarə müalicəsi üçün çaytikanı yağından geniş istifadə edə bilərlər. Çünki onun heç bir əks göstərişi və ya əlavə təsiri yoxdur.

Babasilin türkəçarə müalicəsi üçün sadaladığımız resept və vasitələr bir çox yöndən sınanmış, effektiv və bir qədər təhlükəsiz hesab olunsa da, onları tətbiq etməzdən öncə həkimlə məsləhətləşməyi unutmayın. Bununla yanaşı adı çəkilən təbii vasitələrə qarşı allergik reaksiyanın yarana biləcəyini də nəzərə alın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4/5 - (5 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir