Babasil zamanı nə yeməli?

Hemorroy zamanı düzgün qidalanma çox önəmlidir. Belə ki, babasil mədə-bağırsaq traktının, ələxsus da onun terminal hissəsi olan yoğun bağırsağın funksiyasının pozulması nəticəsində inkişaf edir.
İlk öncə yüngül işlədicilərlə mədə-bağırsaq traktını təmizləmək məsləhət görülür. Müalicəyə başlayarkən məqsədyönlü şəkildə bir neçə gün aclıq etməlisiniz. Daha sonra müəyyən müddət ərzində meyvə-tərəvəz pəhrizi saxlanılmalıdır. Pəhriz əsnasında kələm, bibər, xardal, qara çörək, paxlalı bitkilərdən istifadə etmək olmaz.
Babasil zamanı nə yeməli – həzm sistemini normallaşdıran məhsullar
– yağsız ət və balıq növləri. Dana, mal əti, hinduşka, az yağlı toyuq, dovşan yeməyə icazə verilir.
– tərəvəz və ya yüngül ət bulyonundan hazırlanmış şorbalar
– kəpək;
– şirin və kəm-şirin (turşa-şirin) təzə və quru meyvələr: portağal, qara gavalı, ərik, qaysı, əncir qurusu;
– müxtəlif formada (bişmiş və ya çiy) tərəvəzlər: çuğundur, yerkökü, boranı, qovun, gül kələm, kabak, kahı;
– süd məhsulları: süd, qatıq, kefir, yoqurt;
– təzə sıxılmış gavalı və ərik, eləcə də tərəvəz şirələri: pomidor, yerkökü, çuğundur, boranı;
– bal, marmelad, zefir, cem, mürəbbələr;
– laminariya – dəniz kələmi. Qeyd edək ki, dəniz kələmi laminariya əslində kələm növü deyil, qəhvəyi yosundur.
– Qarabaşaq yarması, arpa, yulaf kimi dənli məhsullar. Əksər xəstələr buğdanı həzm edə bilmədiyindən bu məhsulu gündə 60 qramdan çox yemək tövsiyə olunmur. Makaron bərk taxıldan hazırlanıbsa, minimal miqdarda istifadə edilə bilər. Çörək kəpəkli undan bişirilməlidir, miqdarı az və özü isə bir az quru olmalıdır.
Xörəklərə acısız təbii souslar əlavə etmək olar. Və ən əsası proktoloqlar babasil xəstələrinə gün ərzində 2 litrə qədər su içməyi məsləhət görürlər.
Babasil zamanı nə yeyilməməlidir? Qəbizlik və qarında köp yaradan məhsullar
– bütün rafinəolunmuş məhsullar və içkilər;
– zülali qidalar (yağlı ət, balıq məhsulları);
– heyva, nar, armud, qara qarağat, qırmızı qarağat;
– turp, soğan, sarımsaq, göbələk;
– paxlalı bitkilər, ispanaq, kələm, quzuqulağı;
– çörək, şirniyyat, makaron məhsulları;
– heyvani piylər: mal və donuz piyi;
– qatı bulyonlar;
– manna və düyü sıyıqları;
– tünd qara və yaşıl çay;
– kakao və qəhvə (kofe);
– kisel;
– alma və üzüm şirəsi;
– şokolad və onun müxtəlif növləri.
Babasil zamanı nə yeməli – qadağan olunmuş məhsullar
– hər növ spirtli içki
– şirin qazlı içkilər
– acı bibər, xardal və digər acılı ədviyyatlar
– qızartmalar
– konservləşdirilmiş məhsullar
– mayonez
– şorabalar
– yarımfabrikat qidalar
– çipslər
Babasil zamanı nə yeməli – həftəlik menyu nümunəsi
Bazarertəsi
I | II | III | IV | |
Səhər yeməyi | Bitki yağı qatılmış tərəvəz salatı | Omlet | Kəpəkli çörək rulonları (xlebçı) | Ballı çay |
Ikinci səhər yeməyi | Kəpəkli peçenye | alma | ||
Nahar | Xama ilə borş | Soyutma ət | Çuğundur və yerkökü kürüsü | Kompot |
Şam yeməyi | Kələm dolması | Kəsmikli və qurumeyvəli qarabaşaq yarması | Açıq çay | |
Yatmazdan öncə yüngül qəlyanaltı | Qurumeyvəli kefir |
Babasil zamanı nə yeməli – çərşənbə axşamı menyusu
Səhər yeməyi | Kəpəkli tərəvəz omleti | Meyvə salatı | Açıq çay | |
Ikinci səhər yeməyi | Lətli meyvə şirəsi | peçenye | ||
Nahar | Çuğundur şorbası | Buxarda bişirilmiş ət | Bitki yağı qatılmış vineqret | Çaytikanı dəmləməsi |
Şam yeməyi | Tərəvəzlə bişirilmiş balıq | Yerkökü,alma,qara gavalı salatı | Kefir | |
Yatmazdan öncə yüngül qəlyanaltı | Əncir qurusu |
Babasil zamanı nə yeməli – çərşənbə gününün menyusu
Səhər yeməyi | Buxarda omlet | Qurumeyvələrdən kəpəkli püre | Peçenye | Xurma |
İkinci səhər yeməyi | Alma | Kəpəkli çörək rulonları (xlebçı) | ||
Nahar | Ət bulyonunda tərəvəş şorbası | Sobada bişirilmiş balıq | Brokkoli və pomidorlu salat | Tomat şirəsi |
Şam yeməyi | Kələm və ya digər tərəvəz dolması | Qarabaşaq yarması | Gavalı şirəsi | |
Yatmazdan öncə yüngül qəlyanaltı | Qara qavalılı kefir |
Babasil zamanı nə yeməli – cümə axşamının menyusu
Səhər yeməyi | Südlü kəpəkli qarabaşaq sıyığı | Yağsız kəsmik | Açıq çay | |
Ikinci səhər yeməyi | Meyvəli yoqurt | |||
Nahar | Soyuq çuğundur şorbası | Toyuqlu tərəvəz yeməyi | Meyvə şirəsi | |
Şam yeməyi | Yağsız kəsmik bişirilmiş bolqar bibəri | Çuğundur,qoz,yaşıl noxuddan salat | Biskvit | Meyvə şirəsi |
Yatmazdan öncə qəlyanaltı | Qurumeyvələr |
Babasil zamanı nə yeməli – cümə gününün menyusu
Səhər yeməyi | Gavalı və kəpək ilə süddə yulaf əzməsi | Yağsız kəsmik | Peçenye | Ballı açıq çay |
Ikinci səhər yeməyi | Qoz və bal qatılmış meyvə salatı | |||
Nahar | Toyuq bulyonunda arpa şorbası | Soyutma toyuq | Vineqred | Kompot |
Şam yeməyi | Qarabaşaq və xama ilə kələm dolması | Peçenye | Çaytikanı dəmləməsi | |
Yatmazdan öncə qəlyanaltı | Əncir ilə qatıq |
Babasil zamanı nə yeməli – şənbə gününün menyusu
Səhər yeməyi | Qaysı ilə buğda sıyığı | Pendir | Gavalı cemi ilə çörək | Açıq çay |
Ikinci səhər yeməyi | Qurumeyvələrdən püre | Çörək rulonları (xlebçı) | ||
Nahar | Gavalı turşusu ilə borş | Buxarda bişirilmiş tərəvəz və balıq | Qurumeyvələrdən kompot | |
Şam yeməyi | Az yağlı kəsmik və xama qovrulmuş kabak | Quru peçenye | Şirə | |
Yatmazdan öncə qəlyanaltı | Qara gavalı ilə kefir |
Babasil zamanı nə yeməli – bazar gününün menyusu
Səhər yeməyi | Bitki yağı qatılmış pomidor və şirin bibər salatı | Buğda kəpəyi ilə yulaf əzməsi | Pendir | Açıq çay |
Ikinci səhər yeməyi | Gavalı ilə yerkökü qovurması | |||
Nahar | Doğramac | Sobada mal əti və tərəvəz | Kəpəkli çörək rulonları (xlebçı) | Kompot |
Şam yeməyi | Kəsmikli buğda yarması | Meyvə salatı | Giləmeyvə şirəsi | |
Yatmazdan öncə qəlyanaltı | Qatıq |
Babasil xəstəliyi və müalicəsi zamanı yuxarıda sadalanan qaydalara əməl etməklə, həm özünüzün, həm də həkimin işini asanlaşdırmış olacaqsınız. Həmçinin, babasilin yaranma səbəbləri arasında piylənmə və qəbizlik olduğu üçün qeyd olunan bəzi qidaları məhdudlaşdırdıqda və ya onlardan imtina etdikdə, babasil əlamətləri əhəmiyyətli dərəcədə azalmış olur. Qadağan edilmiş qidalar, babasil əməliyyatından sonra da müəyyən bir zaman çərçivəsində aktual hesab olunur.