Babasilin yaranma səbəbləri 

29 Avqust 2019 Kateqoriya: Babasil nədir Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 6259
Babasilin yaranma səbəbləri şəkil
4.5/5 - (8 votes)

Babasilin inkişafına şərait yaradan və düyünlərin düz bağırsaqdan xaricə çıxmasına səbəb olan bir neçə xarici və daxili amillər mövcuddur: 

  • Oturaq həyat tərzi;  
  • Hipodinamiya (az hərəkətlilik);
  • Uzunmüddətli daimi davam edən qəbizlik halları; 
  • Qeyri-düzgün qidalanma; 
  • Spirtli içkilərdən həddindən artıq istifadə;
  • Yoğun bağırsaqda iltihabi proses;
  • Fiziki məşqlərin olmaması; 
  • Ağırlıq qaldırma;
  • İrsiyyət;
  • Hamiləlik və doğuş;
  • Qan-damar sisteminin patologiyası.

Sadalanan faktorlar babasilin yaranma səbəbləri hesab edilir.

 

Babasil nədən yaranır? 

Babasilin xəstəliyinin inkişaf mexanizmi kiçik çanaqda durğunluq nəticəsində düz bağırsaq venalarının genişlənməsi və dartılmasına əsaslanır. 

Babasilin yaranma səbəbləri 1 şəkil

Babasil nədən əmələ gəlir? 

Babasil – kiçik çanaqda təzyiqin artması ilə düz bağırsağın venoz kələfində durğunluq nəticəsində meydana çıxır. Genişlənmiş venalar zədələnə, tromblaşa bilər. Həmçinin bu venalar bağırsağın həmin nahiyəsindən nəcis kütləsinin sərbəst keçməsinə mane olaraq, anal kanalın spazmına gətirib çıxarır. 

Bütün bu narahatlıqlara digər amillər – babasilin yaranma səbəbləri təkan verə bilər: 

  1. Tez-tez edilən imalələr (klizma), işlədicilərdən uzunmüddətli istifadə; 
  2. Menstruasiya (aybaşı);
  3. Oral kontraseptivlərin qəbulu (hamiləlik əleyhinə qoruyucu dərmanlar);
  4. Arxa dəliyin selikli qişasını qıcıqlandıran intensiv gigiyena;  
  5. Tərkibində lifli qidalar olmayan pəhrizlər, acılı yeməklər, yoğun bağırsağı stimulyasiya edən məhsullar, həddindən artıq çay, kofe istifadəsi;  
  6. Qeyri-ənənəvi (anal yoldan) cinsi əlaqə; 
  7. Bəzi idman növləri: atçılıq, peşəkar motosikl, velosiped sürmə;
  8. Bəzi peşə sahibləri: sürücülər, pilot, proqrammistlər. 

Həmçinin venoz çatışmazlığın anadangəlmə faktoru da var ki, ona daha az hallarda rast gəlinir. 

Babasilin yaranma səbəbləri 2 şəkil

Uşaqlarda babasilin yaranma səbəbləri

Son zamanlar uşaqlarda babasil xəstəliyi daha sıx rast gəlinir. Yenidoğulmuş körpələrdə bağırsaq florasının pozulması, həddindən artıq ağlama, yanaşı infeksiyalar babasilin yaranma səbəbləri sırasına daxil edilir. 

Azyaşlı uşaqlarda babasil isə əsasən qorşoka yenicə otuzdurma zamanı stress vəziyyəti nəticəsində qəbizliyin inkişafı ilə müşayiət edilir. 

Məktəbli və yeniytmələrdə uzunmüddət kompüter qarşısında və parta arxasında oturma, qeyri-düzgün qidalanma ilə əlaqədar babasil xəstəliyi inkişaf edə bilər. 

Yaş faktoru və əmələ gəlmə səbəbindən asılı olmayaraq vaxtında proktoloq həkimə müraciət edilməlidir. Diaqnoz dəqiqləşdirildikdən sonra həkim babasilin müalicəsi üçün uyğun təyinat və göstərişlər verməklə, xəstəliyi müalicə edir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.5/5 - (8 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir