Doğuşdan sonra babasil

26 Dekabr 2019 Kateqoriya: Babasil nədir Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 7465
Doğuşdan sonra babasil foto
4/5 - (13 votes)

Babasil – düz bağırsaq venalarının genişlənməsi və düyünlərin formalaşması ilə xarakterizə olunur. Doğuşdan sonra babasil qadınların tez-tez üzləşdiyi problemlərdəndir. Adətən hamiləlik dövrü hemorroyun yaranmasına təkan verir. Doğuş prosesi isə bu xəstəliyi daha da kəskinləşdirir.

Babasilin gecikmiş formaları doğuşdan sonra anemiya törədə bilər. Belə vəziyyətlərdə zəifləmiş orqanizmə müxtəlif infeksiyaların keçmə ehtimalı yüksəlir.

 

Doğuşdan sonra babasil hansı səbəblərdən yaranır?

Hamiləlik zamanı xəstəliyin kəskinləşməsinə gətirib çıxaran faktorlar aşağıdakılardır:

  • Döl inkişaf etdiyindən uşaqlıq tədricən böyüyür, aralıq və düz bağırsağa təzyiq göstərir. Qarındaxili təzyiq yüksəlir. Qan damarları buna tab gətirməyərək, genişlənir. Bu gedişlə ana doğuşdan sonra babasil düyünlərini aşkar edir.
  • Az hərəkətli həyat tərzi qəbizlik törədir. Nəcis ifrazını asanlaşdırmaq üçün qadınlar gücənməyə məcbur qalır. Bu da öz növbəsində düyünlərin xaricə çıxmasına səbəb olur.
  • Hamilə qadınlarda estrogen və progesteronun yüksək səviyyəsi relaksin hormonunun sintezini artırır. Relaksin isə həzm prosesini ləngidir. Bununla əlaqədar əksər qadınlarda qəbizlik və doğuşdan sonra babasil yaranır.
  • Doğuş prosesində aralıq nahiyəsinin əzələləri həddindən artıq gərilir, hemorroidal venalar genişlənir və sallanır. Təbii doğuş zamanı çox nadir hallarda babasildən qaçmaq mümkün olur.

Doğuşdan sonra babasil foto 1

Doğuşdan sonra babasilin əlamətləri

Bir qayda olaraq, hamiləlikdən sonra babasil kəskinləşmiş formada gedir. Onun əlamətlərinə babasil qaşınması, qanaxma, nəcis ifrazı zamanı ağrı aiddir.

Xəstəliyin bir neçə inkişaf mərhələsi ayırd edilir:

  • I mərhələ. Bu dövrdə babasil adətən daxildə yerləşir. Xəstələrdə anal nahiyədə yanğı, qaşınma və ağırlıq hissi baş verir.
  • II mərhələ. Nəcis ifrazı ağrı və hətta qanaxma ilə müşayiət olunur. Düyünlər xaricə çıxır.
  • III mərhələ. Yeridikdə və oturduqda ağrı yaranır. Düyünlər böyüyür və iltihablaşır. Nəcisdə qana rast gəlinir.
  • IV mərhələ. Düyünlər daim xaricdə qalır. Onları əllə düz bağırsağa qaytarmaq mümkün olmur.

Doğuşdan sonra babasil foto 3

Doğuşdan sonra babasil necə müalicə olunur?

Əməliyyatsız müalicə metodları 

Müasir proktologiyada doğuşdan sonra yaranan babasil cərrahi müdaxiləsiz aradan qaldırılır:

  • Liqaşur üsulu
    Hemorroidal düyünün ayaqcığına lateks halqa geyindirilir. 2 həftədən sonra düyün qopub düşür. Prosedur ağrısızdır, hospitalizasiya tələb etmir.
  • Kriodestruksiya
    Düyünlər maye azotla yox edilir. Bu metoddan IV mərhələ istisna olmaqla, bütün dövrlərdə istifadə edilir. Onun köməyilə həm daxili, həm də xarici düyünlər aradan qaldırılır.
  • İnfraqırmızı fotokoaqulyasiya
    İnfraqırmızı şüalar düyünün toxumalarını qızdırır, onun üzəri yanıqdan sonrakı kimi qabıqla örtülür. Bir neçə gün keçdikdə düyün qopur.

Az travmatik müasir üsullar qısa zaman ərzində babasil problemindən xilas olmağa kömək edir. Ən əsası onlardan sonra klinikada qalmağa ehtiyac olmur.

Doğuşdan sonra babasil foto 2

Doğuşdan sonra babasilin maz və şamlarla müalicəsi

Babasil özbaşına deyil, mütləq həkim-proktoloq tərəfindən müalicə edilməlidir. Çünki südvermə dövründə qadının kor-koranə aptekdən əldə etdiyi vasitələr ana südünün tərkibinə keçərək, uşağa zərər verə bilər.

Ev şəratində babasil xəstəliyinə qarşı aşağıdakı vasitələr faydalıdır:

  • Heparin mazı. Damarların tonusunu artırır. İltihabəleyhinə təsir göstərir.
  • Troksevazin mazı. Anal nahiyədə şişkinlik və qaşınmanı azaldır. Kiçik damarları möhkəmləndirir.
  • Qliserin şamı. İşlədici təsirilidir. Qəbizlikdə təyin edilir.
  • Çaytikanı şamı. Ağrı və qaşınmanı zəiflədir. Anal çat və düz bağırsağın digər zədələnmələrini sağaldır.
  • Antiseptik təsirli dəmləmələrlə vanna qəbulu. Çobanyastığı, palıd qabığı və ya adaçayı (şalfey) məhllulu ilə vannalar dezinfeksiyaedici və quruducu xüsusiyyətlərə malikdir. Proseduru gündə 10 dəqiqə müddətində etmək məsləhətdir.
  • Buz qoyulması. Babasil düyünlərində buzu bir neçə saniyədən artıq saxlamaq olmaz. Aralıq nahiyəsinin soyuqlamasına yol verilməməlidir.

Babasilin xalq təbabəti ilə müalicəsi xəstəliyin I-II mərhələlərindən effektivdir. III-IV mərhələdə xəstə həkim nəzarəti altında müalicə edilməlidir.

Kəskinləşmiş formalarda isti vanna, hamam və sauna xidmətləri qadağandır.

Doğuşdan sonra babasil xəstəliyinin gedişini necə yüngülləşdirmək olar?

  • Gündəlik rasionunu normaya salmaq. Qida lifləri ilə zəngin məhsullara (göyərti, meyvə və tərəvəzlər) üstünlük verilməlidir. Un məmulatları, yağlı və hisə verilmiş qidaların qəbulu azaldılmalıdır. Əsas məsələ: qəbizliyə yol verilməməlidir.
  • Su rejiminə riayət etmək. Sutkada ən azı 1,5 litr maye qəbul etmək lazımdır. Bu, nəcis ifrazının normallaşmasına səbəb olur.
  • Çox hərəkət etmək, aktiv həyat tərzi keçirmək. Hərəkət zamanı kiçik çanaqda qan dövranı güclənir. Bunun sayəsində qəbizlik və doğuşdan sonra babasil xəstəliyinin yaranma ehtimalı minimum enir.
  • Çanağı sıxan geyimlərdən imtina etmək. Dar alt paltarları xəstəliyin gedişini ağırlaşdırır.
  • Nəcis ifrazından sonra anal nahiyəni sərin su ilə yumaq.
  • Kegel gimnastikasını etmək. Bu idman hərəkətləri aralıq əzələlərini möhkəmləndirir. Onları müxtəlif templərdə yığır və boşaldır. Gimnastikanı ev işləri ilə məşğul olarkən də etmək mümkündür. Buna xüsusi zaman ayırmaq gərək deyil.

Xülasə

Hər kəs bilməlidir ki, xəstəliyin qarşısını almaq onu müalicə etməkdən qat-qat asandır. Bu səbəbdən sağlamlığınızın daim qayğısına qalın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4/5 - (13 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir