Uşaqlarda babasil xəstəliyi 

29 Avqust 2019 Kateqoriya: Babasil nədir Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 8688
Uşaqlarda babasil xəstəliyi şəkil
4.4/5 - (28 votes)

Bəzən böyüklərlə yanaşı uşaqlarda babasil xəstəliyi qeydə alınır. Bir çox hallarda analar övladlarında belə bir problemin olmasından xəbərsiz olurlar. 

Uşaqlarda babasil xəstəliyi nədən yaranır? 

  • Xroniki (daimi) qəbizlik. Bu, düyünlərin əmələ gəlməsinin ən geniş yayılmış səbəbidir. Körpələrdə qəbizlik bağırsaq mikroflorasının pozulması, məktəblilərdə isə qeyri-sağlam qidalanma ilə əlaqədar olur. Nəticədə nəcis kütləsi bərkiyərək, bağırsağın zədələnməsinə gətirib çıxarır. Bu halda uşaq gücəndiyi zaman qan axınının damar divarına təzyiqi artır, düyünlər inkişaf edir.
  • Körpələrin tez-tez ağlaması. Yenidoğulmuşlar dayanmadan uzun-uzadı ağlayırlar. Bu isə öz növbəsində kiçik çanaqda dövr edən qanın miqdarını artırır, venaları genişləndirir. Yekunda babasil xəstəliyi inkişaf edir.
  • Uşağın qorşokda uzunmüddətli oturması. Yeni-yeni qorşoka öyrədilən körpələrdə stress səbəbi ilə qəbizlik yarana bilər. Belə halda babasilin inkişaf etməməsi üçün təbii çağırışlar olmadan körpəni qorşoka vaxtsız və məcburi oturtmaq olmaz.

Uşaqlarda babasil xəstəliyi 1 şəkil

  • Anadangəlmə babasil xəstəliyi. Uşaqlarda bu patologiya həkimlərin praktikasında nadirən rast gəlinir. Körpə nəcis ifraz etdikdə, eləcə də ağladıqda anus nahiyəsindən düyünlər xaricə çıxır. Belə vəziyyətlərdə uşaq mütləq proktoloq tərəfindən müayinə olunmalıdır.
  • Qeyri-düzgün həyat tərzi. Yeniyetmələrdə kompüter qarşısında uzunmüddət vaxt keçirmə, həmçinin məktəbdə fasiləsiz şəkildə parta arxasında oturma çanaq nahiyəsində qan durğunluğunun yaranmasına şərait yaradır. Bu səbəbdən məktəblilər üçün yalnız zehni deyil, fiziki aktivlik də vacib hesab olunur. 

 

 Uşaqlarda babasil xəstəliyi nə kimi narahatlıqlar törədir?

  • Qaşınma, qıcıqlanma, yad cisim hissi, düz bağırsaqdan qanlı ifrazat. Bu simptomlar ən çox məktəblilərdə rast gəlinir.   
  • Yenidoğulmuşlarda və məktəbəqədər uşaqlarda hemorroid aydın şəkildə görünmür. Məsələn, körpələrdə düyünlərin çıxması yalnız gücənərkən və ağladıqları zaman anaların nəzərinə çarpa bilər. Belə ki, sakitlik vəziyyətində düyünlər gizli qalır.
  • Anal çat səbəbindən defekasiya zamanı nəcis kütlələri qanlı ola bilər. Əgər yanaşı infeksiya da varsa, uşağın temperaturu 38°C-yə kimi yüksələ bilər.  
  • Uşaqlarda bəzən düyünün trombozlaşması ilə müşayiət edilən kəskin babasil müşahidə edilir. Bu zaman onlar göynədici və deşici ağrılardan şikayət edir. 
  • Düz bağırsaq sallanması, kistası və ya digər düz bağırsaq xəstəlikləri oxşar əlamətlərə malik olduğundan hemorroid ilə qarışdırıla bilər. Məhz buna görə də anusda şübhəli qabarıqlıq nəzərə çarpdıqda babasil həkimi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Uşaqlarda babasil xəstəliyi 2 şəkil

Uşaqlarda babasil müalicəsi 

Uşaq orqanizminin təhlükəsizliyi məqsədilə həm təbii üsullardan, həm də dərman müalicəsindən istifadə edilir. Selikli qişanın sağalması üçün çaytikanı şamı qoyulur. Uşaqlar üçün nəzərdə tutulan dozanı tapmaq bir o qədər də asan olmadığından böyüklərdə tətbiq olunan babasil şamları kiçik dozalarda istifadə edilir. Ancaq nəzərə almaq lazımdır ki, bəzi şamlar və babasil mazları uşaqlar üçün qəti şəkildə əks göstərişdir.    

Babasilin təbii müalicəsi kimi ardıc (çereda), çobanyastığı (romaşka), gülümbahar (kalendula) əsasında hazırlanmış vannalar iltihabəleyhinə yaxşı təsir göstərir. Ağcaqayın tarı (berezoviy dyoqot) ilə kompress, itburnu (şipovnik) və çaytikanı (oblepixa) mikroimalələri effektiv vasitələrdən sayılır. Məlumat üçün qeyd edək ki, ağcaqayın tarı – ağacın qabığından hazırlanmış şirəvari, yağlı tünd rəngli maddədir və apteklərdə hazır vəziyyətdə satılır.

Uşaqlar babasil xəstəliyi zamanı necə qidalanmalıdır? 

Uşağın gündəlik nəcis ifrazını normallaşdırmaq məqsədilə rasiona kifayət qədər meyvə, tərəvəz, maye (əsasən su) daxil etmək lazımdır. Əgər bağırsaq mikroflorası pozulubsa, ona uyğun müalicə aparılmalıdır. Uşaqlarda babasilin qarşısını almaq, damarların tonusunu yaxşılaşdırmaq üçün hər dəfə tualet istifadəsindən sonra anal nahiyə sərin su ilə yuyulmalıdır. Bu prosedur venoz qan dövranını sürətləndirərək, durğunluğun qarşısını alır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.4/5 - (28 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir