Proktoloq kimdir?

28 Dekabr 2019 Kateqoriya: Babasil həkimi Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 4088
Proktoloq kimdir foto 2
4.3/5 - (3 votes)

Müasir dövrdə əhali arasında düz bağırsaq xəstəlikləri: babasil, düz bağırsaq çatı, proktit və şişlər geniş yayılmışdır. Bəs proktoloji problemlərlə kim məşğul olur? Ümumiyyətlə proktoloq kimdir?

Sadalanan xəstəliklərin diaqnostika və müalicəsi ilə məşğul olan mütəxəssis proktoloq adlanır. Onun vəzifəsi düz bağırsaqda ağrı, qanaxma və diskomfort hissinin, müxtəlif patologiya, eləcə də fəsadların aradan qaldırılmasından, qəbizliklə mübarizədən ibarətdir.   

 

Proktoloq kimdir və hansı xəstəlikləri müalicə edir? 

Proktologiya düz bağırsaqla bağlı problemlərin həlli yollarını öyrənən tibb sahəsidir. Həmçinin bu sahənin mütəxəssisləri babasil, anal çat, qəbizliyin profilaktikası üçün müxtəlif yollar axtarır. Proktoloq hər bir vəziyyətə uyğun dərman vasitələri təyin edir, lazım gəldikdə isə cərrahi yolla xəstəliyi müalicə edir.   

Hazırda bütün iri həcmli tibb müəssisələrində proktoloji şöbə fəaliyyət göstərir. Xəstələrin müayinəsində müasir üsullardan (xüsusən kolonoskopiya) istifadə olunur.  

Proktoloq kimdir foto

Proktoloq kimdir və onun vəzifələri   

Proktoloqa adətən düz bağırsaq, həmçinin yoğun bağırsaq boyunca və ya pararektal sahədə (aralıq və anusətrafı) lokalizasiya olunan xəstəliklərlə müraciət edilir. Bura bağırsağın anadangəlmə anomaliyaları, anusun inkişaf qüsurları, babasil, polip və çatlar aiddir.

Həkim-proktoloq həmçinin anus dərisindəki virus mənşəli itiuclu kondilomaları aradan qaldırır, iltihabi fistula və anomal yolları kəsir, travmaları müalicə edir, anal dəlikdən qanaxmanı dayandırır.

Müalicə prosesində terapevtik üsullar (daxilə qəbul üçün dərmanlar, yerli təsirli vasitələr – şam, krem, mazlar) və az invaziv metodlar (lazer əməliyyatı, krioterapiya, endokskopik əməliyyatlar, radiotezlikli ablasiya) tətbiq edilir.  

Proktoloq kimdir foto 1

Proktoloq kimdir – babasil, polip və iltihabın müalicəsi  

Həkim-proktoloq xarici və daxili babasil, bağırsağın polipozu, proktit və ya paraproktit zamanı konkret vəziyyətdən asılı olaraq, müalicə aparır. Cərrah proktoloqlar yoğun bağırsağın travmalarında (odlu silah, bıçaqla və ya küt travmalar) rekonstruktiv əməliyyatlar həyata keçirir. Onlar həm də bağırsaq mənfəzinə düşən yad cisimləri xaric edir. 

Babasilin ağırlaşmış formalarının (düyünlərin trombozu, nekrozu, anal dəlikdən xaricə sallanması) müalicəsi də proktoloq həkimin öhdəsinə düşür.  

Proktoloq kimdir – ona nə vaxt mürəciət edilməlidir?  

Səbəbindən asılı olmayaraq, anus nahiyəsində kəskin ağrı olduqda mütləq həkimə getmək lazımdır. Bu əlamət çox zaman proktit, anal çat və ya ağırlaşmış babasil fonunda yaranır. Bundan əlavə xroniki qəbizlik, ağrılı nəcis ifrazı, nəcis kütlələrində qan, seliklə rastlaşdıqda vaxt itirmədən proktoloqun konsultasiyasına yazılmaq gərəkdir. 

O cümlədən düz bağırsaqdan qanaxma, anal nahiyədə şişkinlik, güclü qaşınma, irin ifrazı da ciddi əlamətlərdən sayılır.  

Proktoloq kimdir – dərman preparatları və ya əməliyyat effektiv sayılır?  

Buna yalnız müayinədən sonra qərar verilir. Diaqnostika prosesi xoşagəlməz olsa da bu mərhələdən keçmək zəruridir. Müayinədən əvvəl bağırsaq təmizlənilir. Bəzi üsullar anesteziya altında yerinə yetirilir. Nəticələrə əsasən proktoloq düzgün müalicə üsulunu təyin edir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (3 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir