Babasilin təbii müalicəsi
Babasilin təbii müalicəsi keçmiş zamanlardan bir çox xəstələrin maraq dairəsindədir. Xalq təbabətində istifadə olunan reseptlərdən bəzilərini nəzərinizə çatdırırıq.
Babasilin təbii müalicəsi – mazlar və yağlar
Dazı (zveroboy) və palıd qabığı ilə babasil mazları
2 xörək qaşığı palıd qabığı + 1 xör.qaşığı qaraqovaq (çernıy topol) + 1 xör. qaş. dazı + 5 xör.qaş əridilmiş kərə yağı. İnqrediyentləri qarışdıraraq, isti yerdə 10-12 saat müddətində saxlayın. Daha sonra qaynadın və soyudun. Defekasiyadan (nəcis ifrazından) sonra düyünlərə çəkin. Bu üsul əsasən xarici babasilin müalicəsi üçün tətbiq edilir.
Sarımsaqlı, ballı, sirkəli maz
4 diş sarımsağı yumşalana qədər qaynadın və əzin. Sonra 1 çay qaşığı bal və 1/2 çay qaşığı alma sirkəsi ilə qarışdırın. Düyünlərə sürtün.
Soğan şirəsindən maz
1 xörək qaş təzə sıxılmış soğan şirəsini 1 xör.qaş. su ilə qarışdırıb, gündə 3-4 dəfə 1 çay qaşığı düyünlərin üzərinə yaxın.
Adi mahmızca (lnyanka) və palıd qabığı mazı
Hərəsindən 1 xörək qaşığı olmaqla mahmızca çiçəkləri + palıd qabığı + su bibəri otunu qarışdırıb, toz halına gətirin. 2 xör.qaş. toza əridilmiş donuz piyi əlavə edib qaynadın. Defekasiyadan sonra düyünlərə çəkin və ya pambığa hopdurub, 4-5 saat müddətinə anal nahiyədə tampon kimi saxlayın. Qarışığın temperaturunun çox yüksək olmamasına diqqət edin.
Babasilin təbii müalicəsi – bitki vannaları
Palıd qabığı, qatırquyruğu (xvoş), pişikotu (valerian) vannası 1 xörək qaş. qatırquyruğu + 1 xör.qaş. pişikotu kökü + 2 xör.qaş. palıd qabığı + 1 litr su. Bu qarışıqları qaynatdıqdan sonra soyudun. Vanna qəbul edəcəyiniz suya tökün.
At şabalıdı ilə vanna
1 litr qaynadılmış suda 2 xörək qaş. at şabalıdı kökü dəmləyin. 4-5 saat saxlayın. Daha sonra vanna üçün suya tökün.
At şabalıdı, sürvə (şalfey) və çobanyastığı (romaşka) ilə təbii vanna
Hərəsindən 1 xör.qaş. olmaqla xırdalanmış at şabalıdı + sürvə yarpaqları + 2 xör.qaş. palıd qabığı və çobanyastığı çiçəklərinin üzərinə 1 litr qaynamış su tökün. 6 saat dəmləndikdən sonra oturaq vanna kimi tətbiq edin.
Kalium permanqanat (marqansovka) vannası
1 litr ilıq suya 2-3 kub kalium permanaqant əlavə edin. Gündə 2 dəfə: səhər və axşam saatlarında oturaq halda vanna qəbul edin.
Alma sirkəsi vannası
4 çay qaşığı alma sirkəsini 600 ml ilıq su ilə qarışdırın, oturaq vanna qəbul edin.
Babasilin təbii müalicəsi – dəmləmə
Soda ilə gicitkan və dazı dəmləməsi
- Hərəsindən 1 xörək qaşığı dazı (zveroboy) + gicitkan (krapiva) yarpaqları + 1 çimdik soda + 400 ml su
Otları və sodanı qarışdırıb, üzərinə qaynar su tökün, qapağını bağlayın. 30 dəqiqə dəmlədikdən sonra süzün. Gündə 3 dəfə 70 ml daxilə qəbul edin.
Babasilin təbii müalicəsi – imalə
Palıd qabığı, çobanyastığı və kətan toxumu ilə imalə
500 ml soyuq suya 1 xör.qaş. palıd qabığı, 1 xör.qaş. kətan toxumu, 2 xör.qaş. çobanyastığı çiçəkləri əlavə edin. 6 saat dəmləyin, daha sonra qaynadın. Soyudub süzün. Mayeni düz bağırsağa yeridin və defekasiya istəyi gələnə qədər daxildə saxlayın.
Palıd qabığı və şabalıd ilə təbii imalə
Hərəsindən 1 xör.qaşığı olmaqla xırda-xırda doğranmış at şabalıdı, çobanyastığı, 2 xör.qaş palıd qabığı, sürvə (şalfey) və tozağacı (beryoza) yarpağını 500 ml su ilə qarışdırıb, 6 saat müddətində saxlayın. Sonra qaynadıb, soyudun və süzün. Gündə 1 dəfə imalə edin.
Çobanyastığı və zəncirotu (oduvançik) ilə imalə
Hərəsindən 1 xör.qaş olmaqla çobanyastığı çiçəkləri, zəncirotu kökü, dərman sabunotu (mılnyanka) kökünü qarışdırın. Bu qarışıqdan 2 xör.qaş. götürüb, üzərinə 500 ml su əlavə edin. 6 saat dəmlədikdən sonra 5-7 dəqiqə qaynadın. Soyudun və imalə kimi istifadə edin.
Babasil üçün təbii müalicə müxtəlif bitki və tərəvəzlərin tətbiqinə əsaslanır. Sadalanan bitkilər təkcə babasilin türkəçarə müalicəsi üçün nəzərdə tutulmayıb. Onlara həm də əczaçılıq sənayesində istehsal edilən dərmanların tərkibində rast gəlinir.
Babasilin bitkilərlə müalicəsi məqsədilə istifadə olunan bitkilər effektivliyi ilə seçilir. Bu üsul südverən analar və hamilələr üçün təhlükəsizdir. Babasilin təbii müalicəsi zamanı doza, miqdar və temperatur kimi önəmli faktorlara nəzarət etmək lazımdır. Babasilin təbii müalicəsi üçün nəzərdə tutulan üsulları istifadə etməzdən əvvəl baş verə biləcək yan təsirləri gözə alaraq, proktoloq həkimlə məsləhətləşməyiniz tövsiyə edilir.