Babasil haqqında 

29 Avqust 2019 Kateqoriya: Babasil nədir Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 3952
Babasil haqqında şəkil
4.8/5 - (13 votes)

İnsanların bir çoxu babasil haqqında məlumatlı olmadığından bu xəstəliyin əlamətlərindən şikayət etsələr də vaxtında həkimə müraciət etmirlər. 

Babasil xəstəliyi haqqında bilmədikləriniz 

Babasil – düz bağırsaq venalarının varikoz genişlənməsi nəticəsində yaranır. Hemorroidal venalar patoloji proses zamanı genişlənərək, düyün əmələ gətirir. Bu düyünlərin əksəriyyəti müəyyən narahatlıqlara gətirib çıxarır. 

Düyünlərin yerləşdiyi hissədən asılı olaraq, xəstəlik daxili və xarici formalara bölünür. Onun 4 inkişaf mərhələsi ayırd edilir. 

 

Yaranma səbəbləri

Babasilin yaranmasına şərait yaradan amillər müxtəlifdir. Onlardan ən əsasları aşağıdakılardır:

  • Mədə-bağırsaq xəstəlikləri;
  • Qəbizlik; 
  • İshal;
  • İrsiyyət; 
  • Oturaq həyat tərzi; 
  • Hamiləlik və doğuşdan sonrakı period. 

Babasil haqqında 1 şəkil

Babasil əlamətləri haqqında 

Hemorroy xəstəliyi özünü bir sıra əlamətlərlə büruzə verir:

  1. Anal nahiyədə yanğı hissi, ağrı və qaşınma;
  2. Defekasiya aktının (nəcis ifrazı) ağrılı olması;
  3. Nəcisdə selik və qan;
  4. Hərəkət etdikdə və ya sakitlik vəziyyətində düz bağırsaqda yad cisim hissiyatı;
  5. Qarnın aşağı hissəsində ağırlıq və ağrı.   

Diaqnostika

Xəstəliyin diaqnostikası proktoloq müayinəsi, babasil haqqında, daha doğrusu xəstənin şikayətləri barədə anamnez toplama, anal kanalın palpasiyasına əsaslanır. Həmçinin instrumental müayinələr də aparıla bilər.

Müalicə

Xəstəliyin müalicəsində babasil üçün şamlar, mazlar, kremlər istifadə edilir. Proktozan, Nigepan, Hepazolon, Troksevazin, Detraleks kimi preparatlar babasil dərmanı qismində təyin edilir. Həmçinin xəstəliyin müalicəsində ənənəvi cərrahi üsullar və başda lazer əməliyyatı olmaqla müasir metodlar tətbiq edilir.  

Babasil haqqında 6

Xəstəliyin qarşısını almaq üçün nə etməli?

Fiziki aktivlik, sağlam qidalanma, spirtli içkilərdən imtina və müntəzəm şəkildə həkim müayinəsindən keçmək babasilin profilaktik tədbirlərindən sayılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.8/5 - (13 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Привет Айгюн ханым. Где-то около месяца появились три висячих узелка. До узелков чесалась. А сейчас эти узелки доставляют не удобства зажжение вот такие пироги. Что вы можете посоветовать

    1. Здравствуйте. В таких случаях необходим осмотр проктолога. Если есть узелки, зуд, жжение, то в таких случаях нельзя заниматься самолечением.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir