Babasil necə olur?

28 Avqust 2019 Kateqoriya: Babasil nədir Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2569
Babasil necə olur? şəkil
5/5 - (4 votes)

Babasil xəstəliyi düz bağırsağın venoz damarlarının genişlənməsi, bağırsaq divarının selikli qişasının zədələnməsi və düyünlərin formalaşması ilə xarakterizə olunur. Müalicə metodunu düzgün müəyyənləşdirmək üçün hemorroyun növünü və mərhələsini dəqiqləşdirmək lazımdır. Çünki müxtəlif inkişaf mərhələlərində müalicə üsulları fərqli olur.  

 

Babasil düyünləri necə olur?

Babasil gedişatına görə xroniki və kəskin, düyünlərin yerləşməsinə əsasən isə xarici və daxili olur. Xroniki forma çox vaxt daxili babasilin tədricən inkişafı etməsi nəticəsində meydana çıxır. 4 mərhələyə bölünür.

Mərhələli xroniki babasil necə olur? 

Birinci mərhələdə anal kanaldan qanaxma müşahidə olunur. Bu zaman düz bağırsağın selikaltı təbəqəsinin əzələləri bir qədər dəyişikliyə uğrayır. Kavernoz cisimciklərdə olan qan durğunluğu düyünlərin böyüməsinə gətirib çıxarır. Nəticədə düyünlər anal kanalın mənfəzinə doğru böyüyür və vaxtaşırı babasil qanaması baş verir. Bu mərhələ yalnız anoskopiya ilə təyin edilə bilər.

Babasil necə olur? 3 şəkil

İkinci mərhələdə babasil necə olur?

Bu mərhələdə defekasiya (nəcis ifrazı) zamanı düyünlər anal kanaldan xaricə sallanır. Anal sfinkterin elastikliyi saxlanıldığından bir müddətdən sonra düyünlər öz-özünə geriyə qayıdır. Bəzi hallarda proses qanaxmasız gedir.

Üçüncü mərhələdə babasil necə olur? 

Düyünlər sallandıqdan və ya boğulduqdan sonra müstəqil şəkildə yerinə bərpa oluna bilmir. Xəstə onları barmaqla tənzimləməyə məcbur qalır. Bu mərhələdə düz bağırsaq əzələlərinin elastikliyi itir. Böyümüş və genişlənmiş düyünlərin selikli qişası zədələnir və qanayır. Qanaxmanın miqdarı digər mərhələ ilə müqayisədə çox olur. 

Xəstəliyin dördüncü mərhələsində sallanmış düyünləri hətta əl ilə əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmur. Bu inkişaf mərhələsində barmaqla müdaxiləyə icazə verilmir. Çünki babasil düyünləri təzyiqdən cırılaraq, şiddətli qanaxmaya səbəb ola bilər. Belə hallarda cərrahi müalicə tələb olunur.  

Babasil necə olur? 4 şəkil

Babasil xəstəliyi necə olur – kəskin forma 

Kəskin babasil – xroniki formanın tromboz və iltihabın şiddətlənməsi ilə müşayiət edilən ağırlaşmasıdır. 

Kəskin babasil necə olur?  

Kəskin babasilin 3 dərəcəsi var:

I dərəcə – daxili və xarici düyünlərin trombozu iltihab olmadan inkişaf edir;

II dərəcə – düyünlərin trombozu və erkən iltihablaşması aşkarlanır; 

III dərəcə daxili və xarici düyünlərin yayılmış trombozu, iltihabı, perianal nahiyyədə şişkinlik, düyünlərin selikli qişasının nekrozu müşahidə edilir.

Xəstələrin 1/3 hissəsində müayinə zamanı yanaşı olaraq, anal çat müəyyən edilir. Digər düz bağırsaq xəstəlikləri arasında qıcıqlanmış bağırsaq sindromuna da rast gəlinir. Bu səbəbdən babasilin əsas müalicəsi ilə yanaşı, qidalanmaya nəzarət, peristaltika və bağırsaq mikroflorasının bərpası tələb olunur. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (4 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir