Babasilin evdə müalicəsi üçün bir çox resept və üsullar mövcuddur. Bunlardan bəziləri ilə tanış olaq:
Babasilin evdə müalicəsi üçün Sarımsaqlı süd
Sarımsaq qandurulducu təsirə malikdir. Bu tərəvəzdən aterosklerozun və ürək-damar xəstəliklərinin profilaktikasında istifadə edilir. Sarımsağın bu və digər faydalı xüsusiyyətləri onu şərq təbabətində bir çox xəstəliklərin müalicəsində əvəzedilməz edir.
Aşağıda babasil xəstəliyi və onun müalicəsi zamanı istifadə edilən bir neçə sarımsaqlı süd resepti təqdim olunmuşdur.
2 diş sarımsağın qabığını soyun. Sonra onları qabıqları ilə birlikdə tamamən yumşalana qədər 200 ml süddə 30 dəqiqə ərzində qaynadın. Qarışığı soyudun. 10 gün müddətində yeməkdən sonra 1 xörək qaşığı qəbul edin.
5 diş sarımsağın qabıqlarını soyun və əzin. Alınmış qarışığı 200 ml südə əlavə edib, 2 saat soyuq yerdə saxlayın. 1 həftə ərzində gündə 3 dəfə ½ çay qaşığı için. 1 həftədən sonra 3 gün fasilə verin. Ehtiyac olduqda kursu təkrarlayın.
Hər yeməkdən sonra 1 ədəd olmaqla 3 diş sarımsaq yeyin və üstündən 1 stəkan süd için.
Sarımsağın istifadəsinə əks göstərişlər:
Mədə xorası
Qastritin kəskinləşməsi
Pankreatit
Epilepsiya
Hamiləlik üçün əks-göstəriş olmasa da, bu dövrdə ehtiyatla davranmalı, həkim ilə məsləhətləşmədən yuxarıdakı reseptlərdən istifadə etməməlidir.
Babasilin evdə müalicəsi – növbəti effektiv vasitə
Bunun üçün 3 inqrediyent: sarımsaq, kokos yağı və çobanyastığı yağı tələb olunur. Yağları aptekdən əldə edə bilərsiniz. Sadalanan vasitələrdən aşağıdakı nisbətdə istifadə edərək, evdə şam hazırlamaq olar:
3 diş sarımsaq
1/4 stəkan kokos yağı
10 damcı çobanyastığı yağı
Hazırlanma qaydası:
3 diş sarımsağı təmizlədikdən sonra əzin. Onu kokos yağı ilə 1:5 nisbətində qarışdırın (yəni kokos yağı sarımsaqdan 5 dəfə çox olmalıdır). Babasil qanaxma ilə müşayiət olunduqda, 1:10 nisbətində qarışdırmaq lazımdır.
Üzərinə 10 damcı çobanyastığı yağı əlavə edin və qarışdırın.
Qarışığı bişirmə kağızının üzərinə tökərək, ona şamforması verin. Bu kağızı şamlar tam bərkiyənə qədər təxminən 30 dəqiqə soyuducuda saxlayın.
Hazır şamları evdə 1 həftə ərzində yatmazdan öncə istifadə edin. İlk 20 dəqiqə müddətində yanğı hissi yarana bilər. Bir azdan bu narahatlıq aradan qalxır. Əgər yanma hissi davam edirdə, bu sarımsağın miqdarının həddindən çox olmasından xəbər verir.
Babasilin evdə müalicəsi üçün daş yağı
Daş yağı (brakşun) – qayaların yarıqlarında yaranan və müxtəlif xəstəliklərin müalicəsi üçün şərq təbabətində uzun müddət istifadə olunan mineraldır. O, iltihabəleyhinə və hemostatik xüsusiyyətlərə malikdir. Ağız büzücü, turş dadlı daş yağı xaricə və daxilə tətbiq edilə bilər. Babasilin müalicəsi üçün hər 2 üsulu birləşdirmək tövsiyə olunur.
Daş yağı mikroimaləsi
Daş yağı məhlulu ilə mikroklizma hər gün bağırsağı təmizlədikdən sonra edilir. Müalicə kursu 2 həftədən 1 aya qədərdir. Daha sonra fasilə verilir. Məhlulun hazırlanması üçün 3 qram daş yağını 0,5 litr isti su və 1 xörək qaşığı bal ilə qarışdırın. Mikroimalənin həcmi 100 ml olmalıdır. 3 aylıq müalicə kursundan sonra babasil düyünləri kiçilir və sorulur. Defekasiya aktı (nəcis ifrazı) normallaşır, babasilin əlamətləri itir.
Babasilin evdə müalicəsi üçün daş yağı məhlulu
Daxili istifadə üçün 3 qram yağı 2 litr suda həll edin və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan olmaqla için. Qastritli xəstələrdə mədə turşuluğunun çox olduğu hallarda məhlulu yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır. Müalicə kursundan sonra 2 həftə fasilə edilir.
Kartof kompressi ilə babasilin evdə müalicəsi
Təmiz parçaya sürtkəcdən keçirilmiş çiy kartofu qoyub, 10 dəqiqə gözləyin. Daha sonra anal nahiyəni kompress edin. Prosedurdan öncə yaxşıca yuyunmaq lazımdır. Çiy kartofdan daxili babasil müalicəsi üçün də istifadə edilir.
Sonda onu da qeyd etmək lazımdır ki, bu üsulların hər biri sadəcə xəstəliyin əlamətlərini yüngülləşdirir. Lakin problemi həll etmir. Babasilin müalicəsi yalnız peşəkar həkim-proktoloq tərəfindən aparılmalıdır.