Babasil xəstəliyi əhali arasında geniş yayılmışdır. Bir çox insan həkim müayinəsinə getməkdən çəkindiyindən xəstəlik get-gedə ağırlaşır. Nəticədə babasil əməliyyatı qaçılmaz olur
Babasil əməliyyatı necə olur?
Əksər insanlar babasil əməliyyatı haqqında kifayət qədər məlumata malik deyil. Cərrahi müdaxilənin mahiyyəti babasil düyünlərinin müxtəlif üsullarla kəsilməsindən ibarətdir. Xəstəliyin minimal-invaziv (az travmatik) və klassik hemoroidektomiya kimi müalicə üsulları mövcuddur.
Düyünün ayaqcığına xüsusi aparatla lateks halqa şəklində liqaşur qoyulur. Dairə şəklində sıxma nəticəsində toxumalarda qan axını dayanır, nekroz (hüceyrə məhvi) baş verir.
Skleroterapiya
Prosedur düyünə xüsusi preparat yeritməklə, onun obliterasiyasına (qurumasına) əsaslanır. Bu maddələrə sklerozant deyilir. Nəticədə düyün tədricən quruyur, defekasiya (nəcis ifrazı) zamanı qoparaq, ayrılır.
Krioterapiya və ya kriodestruksiya
Kriodestruksiya toxumaları dondurma metodu ilə müalicəyə əsaslanır. Damarı bağlamaq üçün liqaşur qoyulur. Dondurucu qaz qismində helium,azot, arqondan istifadə edilir. Düyünün divarına xüsusi kriozondla təsir göstərilir. Bu üsul həmçinin düyündə iltihab olduqda icra edilə bilər. Bununla yanaşı, anal sfinkterin darlığından əziyyət çəkən yaşlı xəstələrdə də müsbət nəticələr verir. Yerli immuniteti stimullaşdıraraq, düz bağırsaq toxumasını “cavanlaşdırır”.
Dezarterizasiya
Bu babasil əməliyyatı zamanı düyünü qidalandıran arterial damarlar yandırılaraq tikilir. Qan axınının kəsilməsi düyünün kiçilməsinə səbəb olur. Əməliyyatdan sonra 1-2 gün ərzində ağrı hissi ola bilər.
Lazerlə koaqulyasiya
Lazer şüası vasitəsilə düyünün ayaqcığı kəsilir. Eyni zamanda süni yanıqla qan axını dayandırılır. Nəticədə düyünün daxilindəki maye buxarlanır – düyün quruyur. Xarici babasilin müalicəsi zamanı skleroterapiya ilə birlikdə tətbiq edilə bilər.
İnfraqırmızı koaqulyasiya
İnfraqırmızı və ya fotokoaqulyasiya müəyyən spektrli işıq dalğalarının təsiri ilə aparılır. Bu üsul bir neçə saniyə ərzində düyünün toxumalarını ağrısız şəkildə qurutmağa imkan verir. Hamilələrdə də tətbiq edilə bilər. Adətən bir seansa 1 düyün çıxarılır. Növbəti prosedur 10-14 gün sonra icra olunur.
Ənənəvi babasil əməliyyatı necə olur?
Millian-morqan üsulu ilə hemorroidektomiya
Geniş yayılmış metoddur. Bu üsulla babasil əməliyatı 100 il əvvəl ingilis cərrahları tərəfindən aparılmışdır. Cərrahi müalicə narkoz altında yerinə yetirilir. 3 böyük damar bağlandıqdan sonra düz bağırsaq damarlarının kavernoz toxuması tamamən kəsilib çıxarılır.
Cərrah proktoloqlar adətən 3 texnikadan istifadə edir:
Bağlı metod. Düyünlər kəsildikdən sonra selikli qişa kanal divarını möhkəmləndirməyə imkan verən ketqut sapla tikilir.
Açıq metod. Yaranın öz-özünə sağalması üçün onu tikmədən açıq şəkildə saxlayırlar. Paraproktit və anal çat zamanı bu metoddan istifadə edilir. Düyünlər və onların ətrafındakı selikli qişa çıxarılır. Qanaxmanı dayandlrmaq üçün elektrokoaqulyasiya tətbiq edilir.
Plastiklərdən istifadə -selikaltı hemorroidektomiya. Digər 2 üsulla müqayisədə daha mürəkkəb metod hesab olunur. Bu səbəbdən əməliyyat bir qədər uzun çəkir. Ancaq cərrahi müdaxilədən sonra sağalma sürətlə baş verir.
Sadalanan üsulların hər birinin üstün və çatışmayan cəhətləri vardır.
Əməliyyatdan sonra sağalma dövrünün uzun sürməsi – ciddi pəhriz, ağrıkəsici preparatlar, babasil mazları ilə sarğılara ehtiyacın yaranması.
Lonqo metodu ilə hemorroidektomiya
Bu üsul italyan cərrahı Lonqo tərəfindən təklif edilmişdir. Adətən hemorroidopeksiya adlandırılır. Ənənəvi hemoroidektomiyadan düyünlərin kəsilməməsinə görə fərqlənir. Əməliyyatın mahiyyəti selikli qişada dairəvi kəsik açaraq, ağrı zonasında onun rezeksiyasından (kəsilməsindən) ibarətdir. Nəticədə yara sağaldığı zaman kavernoz toxumaya qan axını azalır, düyün quruyur, selikli qişada çapıq əmələ gəlir. Babasil əməliyyatı yerli keyitmə altında aparılır. 15-20 dəqiqə çəkir. Xəstənin reabilitasiyası (sağalması) üçün 5 gün kifayət edir.
Üsulun çatışmazlıqlarına isə yalnız daxili düyünlərə təsir, qiymətin bahalı olması aiddir.
Minimal-invaziv babasil əməliyyatı: üstün və çatışmayan cəhətləri
Üstünlükləri:
Müdaxilələrin ambulator şəraitdə aparılması;
Qanaxmanın olmaması;
Sağalma müddətinin qısa olması.
Çatışmazlıqlari:
1 seansa yalnız 2-3 düyün çıxarmaq olmur;
xəstə həkim məsləhətlərinə əməl etmədikdə, residiv (xəstəliyin yenidən yaranması) riski artır;
müdaxiləyə əks-göstəriş həddindən artıq çoxdur: bağırsaq infeksiyası, düyünlərin iltihabı, tromblaşması, yanaşı gedən bağırsaq patologiyasının kəskinləşməsi;
ağırlaşmalar zamanı bu əməliyyatların təsiri zəif olur.
Bundan əlavə hər hansı orqanın şiş xəstəliyi müdaxilələr üçün mütləq əks-göstəriş sayılır.
Sonda bir vacib məqamı da qeyd edək ki, bütün hallarda babasil əməliyyatı öncəsi bağırsaq təmizlənməlı və pəhriz saxlanılmalıdır.